Maraqlı faktlar

Kiçik Qırğı

BlogImg

Kiçik qırğı

Eurasian Sparrowhawk

Accipiter nisus

Göygöl Milli Parkı

Quşlar sinfinin Qızılquşkimilər dəstəsinin Qırğılar fəsiləsinə aid olan yırtıcı quş növüdür. Geniş yayılmışdır, əsasən meşəlik ərazilərdə rast gəlinir.

Qısa, geniş qanadları və uzun quyruğu olan kiçik yırtıcı quşdur. Dişilər erkəklərdən uzundur. Yetkin erkəklərin uzunluğu 29-34 sm, dişilərin 35-41 sm, qanadlarının açılması isə erkəklərdə 59-64 sm-ə, dişilərdə 67-80 sm-ə çatır. Yuxarı hissəsi tünd qəhvəyi və ya bozumtul-qəhvəyi rəngli, alt hissəsi qırmızımtıl-qəhvəyi rənglidir. Açıq sarı gözləri var.
Qəfil hücumla ov edir. Əsasən kiçik quşlarla, bəzən kiçik məməlilər, sürünənlər və ya iri həşəratlarla qidalanır.

Helper