Maraqlı faktlar

Marek Ördəyi

BlogImg

Marek ördəyi

Eurasian Wigeon

Mareca penelope

Quşlar sinfinin Qazkimilər dəstəsinin Ördəklər fəsiləsinə aid quş növüdür. Əsasən payız və qış aylarında bataqlıq ərazilərdə, göllərdə, çaylarda və sahil ərazilərində yaşayan köçəri su quşudur. Azərbaycanda qışlayır.

Nisbətən qısa boyunlu, qısa dimdikli, uzun, sivri quyruğu olan orta ölçülü ördəkdir. Uzunluğu 45–51 sm, qanadlarının açıqlığı 75–86 sm, erkəklərin çəkisi 600–1100 q, dişilərin çəkisi 500–1000 q-dır.

Su bitkiləri ilə qidalanır. Yuvasını suyun yaxınlığındakı quru yerlərdə qurur. Çoxalma dövründə sürülər əmələ gətirir.

Helper