Qafqaz Nəcib Maralı

Qafqaz Nəcib Maralı
Red Deer
Cervus elaphus
Zaqatala Dövlət Təbiət Qoruğu
Məməlilər sinfinin Cütdırnaqlılar dəstəsinin Marallar fəsiləsinə aid heyvan növüdür. Azərbaycanda dayanıqlı populyasiyası yalnız Böyük Qafqazın cənub ətəklərində qalmışdır. XX əsrin ikinci yarısında Göygöl ətrafındakı meşələrdə reintroduksiya edilmişdir.
İri, bəzən isə orta ölçülü cütdırnaqlı heyvandır. Bədəninin uzunluğu 185-215 sm arasında dəyişir. Dişilərin ölçüləri erkəklərdən 20-25% kiçikdir. Başı nazik, sifəti və qulaqları uzundur. Yetkin fərdlərin buynuzları çoxşaxəlidir, ən azı 5 ucludur. Quyruğu qısadır. Tük örtüyü fəsillərdən asılı olaraq dəyişir, rəngi boz qum rəngindən qırmızımtıl və ya kürən çalarlı intensiv palıd rənginə qədər dəyişir. Təzə doğulmuş balalar xallı olsalar da, böyüdükcə bu xallar itir
Əsasən meşə ilə örtülü ərazilərdə rast gəlinir. Qruplar şəklində yaşayırlar. Erkəklər adətən tək və xırda qruplar şəklində gəzirlər. Payızın əvvəlindən hövrəgəlmə dövrü başlayır.
