Maraqlı faktlar
Qara Odquyruq

Qara odquyruq
Black Redstart
Phoenicurus ochruros
Zəngəzur Milli Parkı
Quşlar sinfinin Sərçəkimilər dəstəsinin Qaratoyuqlar fəsiləsinə aid quş növüdür. Azərbaycanın əksər bölgələrində, daha çox dağlıq və dağətəyi zonalarda rast gəlinir.
Yuvalarını qapalı yerdə – koğuşlarda, qaya yarıqlarında, ağac kökləri altında qururlar. 4–6 ağ, bəzən xallı yumurtası olur. İldə 2 dəfə yumurta qoyurlar. Yayda havadan tutduqları cücülərlə, qışda isə giləmeyvələrlə qidalanırlar.
