Qızılqazlar

Qızılqazlar
Flamingos
Phoenicopterus ruber
Qızılağac Milli Parkı
Quşlar sinfinin Qızılqazkimilər dəstəsinin Qızılqazlar fəsiləsinə aid quş növüdür. Xəzər dənizi boyu və daxili iri su-bataqlıq sahələrində rast gəlinir. Dayaz duzlu və duzlutəhər sulara üstünlük verir. Əsasən köç vaxtı və qışlamada rast gəlinir (oktyabr-aprel), lakin ayrı-ayrı göllərdə (Mahmudçala, Hacıqabul gölünün ətrafındakı subasarlarda, Şirvan MP-də və s.) bəzi illər yuvalayır (aprelin sonundan iyula qədər).
Boyu 130 sm, kütləsi 2-4,5 kq-dır. Rəngi cəhrayıdır, cavan fərdlər ağ olur. Qanadını açanda aşağı hissəsində qara zolaq görünür. Boynu və ayaqları uzundur. Dimdiyi uzundur və aşağı əyilir, ördək və qazlardakı kimi dişcikləri var, ucu qara, qalan hissəsi cəhrayı, cavanlarda isə ağdır. Səsi qaz və ördək səslərini xatırladır.
Düşərgə halında yaşayır. Cütlər adətən ömürlük yaranır.
