Maraqlı faktlar

Saqqallı Kərkəs

BlogImg

Saqqallı Kərkəs
Bearded Vulture

Gypaetus barbatus

Azərbaycan Respublikasının “Qırmızı Kitab”ına daxil edilib.
Zəngəzur Milli parkı

Quşlar sinfinin Qızılquşkimilər dəstəsinin Qırğılar fəsiləsinə aid yırtıcı quş növüdür. Böyük və Kiçik Qafqaz dağlarında d.s.-dən 700-2500 m yüksəkliklərdə, bəzən 400-500 m-də rast gəlinir. Oturaq növdür.

Kütləsi 4,5-7,5 kq, bədəninin uzunluğu 95-125 sm, qanadlarının açılmış vəziyyətdə uzunluğu 275-308 sm olur. Çənəsinin altında sərt qıl lələklərdən ibarət “saqqal” var.

Sıldırım qayalı mağaralarda yuvalayır. Yuvalama dekabrın sonu-iyul aylarını əhatə edir. Heyvan leşləri, əsasən sümük iliyi ilə qidalanır. Leş tapmadıqda gəmiriciləri, quşları ovlayır.

Helper