Turac

Turac
Black Francolin
Francolinus francolinus
Azərbaycan Respublikasının “Qırmızı Kitab”ına daxil edilib.
Şirvan Milli parkı
Quşlar sinfinin Toyuqkimilər dəstəsinin Qırqovullar fəsiləsinə aid olan gözəl və əlvan çalarlara malik quş növüdür. Azərbaycanda Kür-Araz ovalığında və Lənkəran düzənliyində, Qanıx, Qabırrı çayları boyu ərazilərdə yayılıb. Oturaqdır.
Erkəklərdə başın üstü qızılı-boz, boynun üstü şabalıdı rəngdədir. Döşü və qarın hissəsi qaradır. Eşitmə nahiyəsini ağ lələklər örtür. Qanadında lələklər tünd qonur, çiyin lələkləri boz, ayaqları sarı-qırmızımtıldır. Dişi fərdin rəngi solğundur. Bədəninin uzunluğu 35-37 sm, erkəyin kütləsi 435-607 q, dişinin kütləsi 375-520 q-dır. Böyürtkən, yulğun kolları və ya qamışlıq olan açıq yarımquru ərazilərdə, yaşayış məntəqələrinə yaxın bağ və üzümlüklərdə, taxıl əkini sahələrinin kənarlarında rast gəlinir. 5-9 ədəd yumurta qoyub, 20-21 gün kürt yatır.

