Şəmkir rayonu 5 noyabr 2014-cü il tarixindən start verilən I Ümumrespublika Yaşıllaşdırma Marafonuna qoşulmuşdur.
Ərazisi: 1816,1 kv.km
Əhalisi: 199,0 min nəfər
Mərkəzi: Şəmkir şəhəri
18 oktyabr – 8 noyabr tarixində Şəmkir Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə I “Ümumrespublika yaşıllaşdırma” marafonu çərçivəsində Könüllü kəndi ərazisində 3360 şam, 350 çinar, 290 qoz ağacı, Seyfəli kəndi ərazisində isə 6000 akasiya, 300 cökə, 200 gilas, 200 nar ağacı olmaqla ümumilikdə 10700 ədəd ağac əkilmişdir.
18 mart 2015-ci il tarixində I “Ümumrespublika Yaşıllaşdırma” marafonu çərçivəsində Şəmkir rayonu ərazisində çinar, akasiya, eldar şamı və digər növlərdən olmaqla ümumilikdə 18600 ədəd ağac əkilmişdir.