Oğuz rayonu 5 noyabr 2014-cü il tarixindən start verilən I Ümumrespublika Yaşıllaşdırma Marafonuna qoşulmuşdur.
Ərazisi: 1067,1 kv.km
Əhalisi: 41,3 min nəfər
Mərkəzi: Oğuz şəhəri
5-7 noyabr tarixlərində Oğuz Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə I “Ümumrespublika yaşıllaşdırma” marafonu çərçivəsində keçirilən gündəlik ağacəkmə aksiyaları zamanı Oğuz-Şəki magistral avtomobil yolunun kənarlarına (2-6 km ), Oğuz –Bayan avtomobil yolunun kənarlarına (1-4 km) və Oğuz şəhərinin park və küçələrinə Cökə, Akasiya, Ağcaqayın, Göyrüş cinslərindən olmaqla ümumilikdə 3351 ədəd ağac əkilmişdir.
10-16 mart, 2015-ci il tarxilərində "Yaşıl marafon" çərçivəsində Oğuz rayonu ərazisində eldar şamı, sərv, göyrüş, akasiya, ağcaqayın ağacları və digər növlərdən olmaqla 1819 ədəd ağac əkilmişdir.
18 mart, 2015-ci il tarxində "Yaşıl marafon" çərçivəsində Oğuz rayonu ərazisində eldar şamı, sərv, göyrüş, akasiya, ağcaqayın, cökə ağacları və digər növlərdən olmaqla 310 ədəd ağac əkilmişdir.
7 aprel 2015-ci il tarxindən 30 aprel 2015-ci il tarixinə qədər "Yaşıl marafon" çərçivəsində Oğuz rayonu ərazisində eldar şamı, sərv, göyrüş, akasiya, ağcaqayın, cökə ağacları və digər növlərdən olmaqla 2810 ədəd ağac əkilmişdir.