Kürdəmir rayonu 5 noyabr 2014-cü il tarixindən start verilən I Ümumrespublika Yaşıllaşdırma Marafonuna qoşulmuşdur.
Ərazisi: 1663,0 kv.km
Əhalisi: 111 min nəfər
Mərkəzi: Kürdəmir şəhəri
5 noyabr tarixində I “Ümumrespublika Yaşıllaşdırma” marafonu çərçivəsində Kürdəmir rayon icra hakimiyyətinin təşkilatçılığı ilə rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon ictimaiyyəti və sakinlərinin iştirakı ilə rayon ərazisində 4000-dən çox iynəyarpaqlı ağac əkilib.
I “Ümumrespublika Yaşıllaşdırma” marafonu çərçivəsində Kürdəmir rayonu ərazisində 10 mart 2015-ci il tarixindən 08 aprel 2015-ci il tarixinə qədər ümumilikdə 7700 ədəd ağac əkilmişdir.