Göygöl rayonu 5 noyabr 2014-cü il tarixindən start verilən I Ümumrespublika Yaşıllaşdırma Marafonuna qoşulmuşdur.
Ərazisi: 939,9 kv.km
Əhalisi: 59,1 min nəfər
Mərkəzi: Göygöl şəhəri
1-17 noyabr tarixlərində Göygöl Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə I “Ümumrespublika yaşıllaşdırma” marafonu çərçivəsində keçirilən gündəlik ağacəkmə aksiyaları zamanı Gəncə-Göygöl avtomobil yolunun kənarlarında, 1941-1945 Böyük Vətən Müharibəsində həlak olanların xatirə parkında, rayonun şəhər, qəsəbə və kəndlərində çinar 1685 ədəd, palıd 90 ədəd, kiparis 580 ədəd, Eldar şamı 680 ədəd, qaraağac 40 ədəd, küknar 50 ədəd, sərv 70 ədəd, nar 40 ədəd, gavalı 120 ədəd, akasiya 1085 ədəd, alma 85 ədəd, armud 70 ədəd, birgöz 395 ədəd, göyrüş 390 ədəd, qoz 40 ədəd, şam 595 ədəd, söyüd 55 ədəd, zoğal 30 ədəd, gilas 20 ədəd olmaqla cəmi 6800 ədəd ağac əkilmişdir. Yaşıl marafon çərçivəsində Göygöl rayonu ərazisində 2014-cü ilin oktyabr-noyabr aylarında Göygöl Meşə Mühafizəsi və Bərpası müəssisəsi tərəfindən meşə dolaylarında isə 40000 ədəd göyrüş, 20000 ədəd qoz ağacı olmaqla ümumilikdə 60000 ədəd ağac əkilmişdir.
I “Ümumrespublika Yaşıllaşdırma” marafonu çərçivəsində Göygöl rayonu ərazisində 11 mart 2015-ci il tarixindən 01 aprel 2015-ci il tarixinə qədər 19050 ədəd ağac əkilmişdir.