Şabran rayonu 5 noyabr 2014-cü il tarixindən start verilən I Ümumrespublika Yaşıllaşdırma Marafonuna qoşulmuşdur.
Ərazisi: 1080,6 kv.km
Əhalisi: 53,9 min nəfər
Mərkəzi: Şabran şəhəri
13-22 noyabr tarixində I “Ümumrespublika yaşıllaşdırma” marafonu çərçivəsində Şabran Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən gündəlik ağacəkmə aksiyaları zamanı Heydər Əliyev prospekti (rayon Statistika İdarəsi, Maliyyə İdarəsi, Sosial Müdafiə Fondu, Əmək və Əhalinin Sosial Müdafiə Mərkəzi İdarələrinin arxa tərəfi), Heydər Əliyev prospektində yerləşən Heydər Əliyev Mərkəzinin arxa tərəfi, Qurtuluş parkı, Zərifə Əliyeva küçəsində yerləşən Mərkəzi Kitabxananın ətrafı, M.Ə.Rəsulzadə küçəsində yolun sağ/sol tərəfləri və Qəhrəmanlar seyrəngahı, Atatürk küçəsində yerləşən Şəhər stadionu, R.Behbudov küçəsi, Nizami küçəsi, Bakı-Quba magistral yolunun 105-146, 125-126, 132-134, 136-137, 140, 146 km, Bakı-Xaçmaz magistral yolunun 142 km-də Eldar şamı, Çinar, Qarağac, Göyrüş, Sərv cinsindən olmaqla ümumilikdə 4400 ədəd ağac əkilmişdir.
I “Ümumrespublika Yaşıllaşdırma” marafonu çərçivəsində Şabran şəhəri ərazisində 10 mart 2015-ci il tarixindən 07 aprel 2015-ci il tarixinə qədər ümumilikdə 7000 ədəd ağac əkilmişdir.