Sabirabad rayonu 5 noyabr 2014-cü il tarixindən start verilən I Ümumrespublika Yaşıllaşdırma Marafonuna qoşulmuşdur.
Ərazisi: 1469,2 kv.km
Əhalisi: 158,9 min nəfər
Mərkəzi: Sabirabad şəhəri
1-30 noyabr tarixində I "Ümumrespublika Yaşıllaşdırma" marafonu çərçivəsində Sabirabad rayon Icra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən gündəlik ağacəkmə aksiyaları zamanı Sabirabad şəhəri, Muğan prospektində 2 mindən artıq həmişəyaşıl Eldar şamı və sərv ağacları olmaqla park və xiyabanlarda ümumilikdə 5 minə yaxın gül və kollu bitkilər əkilmişdir. Həmçinin rayonun kəndlərində dövlət əhəmiyyətli obyektlərin ətrafında və yol kənarlarında, o cümlədən magistral Bakı-Bəhrəmtəpə yolunun Sabirabad rayonundan keçən hissəsi boyu yerli çinar, söyüd, qovaq, göyrüş, qarağac və digər növlərdən olan 6 mindən artıq ağaclar əkilmişdir.
I “Ümumrespublika Yaşıllaşdırma” marafonu çərçivəsində Sabirabad rayonu ərazisində 1 mart 2015-ci il tarixindən 21 aprel 2015-ci il tarixinə qədər Çinar, zeytun, Eldar şamı, sərv, göyrüş, akasiya, ağcaqayın və digər ağac növlərindən olmaqla ümumilikdə 48000 ədəd ağac əkilmişdir.