Salyan rayonu 5 noyabr 2014-cü il tarixindən start verilən I Ümumrespublika Yaşıllaşdırma Marafonuna qoşulmuşdur.
Ərazisi: 1602,6 kv.km
Əhalisi: 126,5 min nəfər
Mərkəzi: Salyan şəhəri
12 noyabr tarixində Salyan rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə I “Ümumrespublika yaşıllaşdırma” marafonu çərçivəsində keçirilən ağacəkmə aksiyası zamanı H.Əliyev, X.R.Uluturk, T.Xəlilbəyli, H.Z.Tağıyev, A.Hüseynov küçələrində və Ələt-Astara yolunun 58-59 km-liyində rayon ictimaiyyəti idarə heyyəti və məktəblilərdən ibarət qrupla birgə 2000 ədəd zeytun, 500 ədəd Eldar şamı və küknar ağacları əkilmişdir.
I “Ümumrespublika Yaşıllaşdırma” marafonu çərçivəsində Salyan rayonu ərazisində 10 mart 2015-ci il tarixindən 07 aprel 2015-ci il tarixinə qədər ümumilikdə 2100 ədəd ağac əkilmişdir.