Zərdab rayonu 5 noyabr 2014-cü il tarixindən start verilən I Ümumrespublika Yaşıllaşdırma Marafonuna qoşulmuşdur.
Ərazisi: 876,7 kv.km
Əhalisi: 54,8 min nəfər
Mərkəzi: Zərdab şəhəri
8 noyabr tarixinə qədər Zərdab rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə I “Ümumrespublika yaşıllaşdırma” marafonu çərçivəsində Zərdab rayonu ərazisində, Zərdab-Ucar avtomobil yolunun 4-9-cu kilometrində ağacəkmə kampaniyası keçirilmişdir. Həmin gün 400 nəfərdən çox zərdablı bu kampaniyada iştirak etmişdir. 1800-ə qədər şam, akasiya, türk qovağı, sərv, meliya və digər ağaclar əkilmişdir.
I “Ümumrespublika Yaşıllaşdırma” marafonu çərçivəsində Zərdab rayonu ərazisində 12 mart 2015-ci il tarixindən 30 mart 2015-ci il tarixinə qədər Çinar, zeytun, Eldar şamı, sərv, göyrüş, akasiya, ağcaqayın və digər ağac növlərindən olmaqla ümumilikdə 27260 ədəd ağac əkilmişdir.