Hacıqabul rayonu 5 noyabr 2014-cü il tarixindən start verilən I Ümumrespublika Yaşıllaşdırma Marafonuna qoşulmuşdur.
Ərazisi: 1661,5 kv.km
Əhalisi: 68,3 min nəfər
Mərkəzi: Hacıqabul şəhəri
4 noyabr tarixində Hacıqabul rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə I “Ümumrespublika yaşıllaşdırma” marafonu çərçivəsində Hacıqabul- Muğan magistral avtomobil yolunun hər iki tərəfində 1000 ədəd şam ağacı əkilmişdir.
7 noyabr tarixində Hacıqabul rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə I “Ümumrespublika yaşıllaşdırma” marafonu çərçivəsində Hacıqabul şəhərində yeni salınmış parkın ərazisində 300 ədədi şam, 300 ədədi tuya və 100 ədədi zeytun olmaqla ümumilikdə 700 ədəd ağac əkilmişdir.
11 noyabr tarixində Hacıqabul rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə I “Ümumrespublika yaşıllaşdırma” marafonu çərçivəsində Hacıqabul-Şirvan magistral avtomobil yolunun kənarında 500 ədədi şam, 300 ədədi akasiya olmaqla ümumilikdə 800 ədəd ağac əkilmişdir.
I “Ümumrespublika Yaşıllaşdırma” marafonu çərçivəsində Hacıqabul rayonu ərazisində 12 mart 2015-ci il tarixindən 9 aprel 2015-ci il tarixinə qədər Çinar, zeytun, Eldar şamı, Sərv və digər ağac növlərindən olmaqla 3250 ədəd ağac əkilmişdir.