Layihələr

İctimai Çimərliklər

ResourceDetailTopImage

Hər kəs üçün təmiz və təhlükəsiz çimərliklər yaradırıq!

Sahilboyu ərazilərdə müntəzəm təmizlik aksiyaları keçirməklə yanaşı, IDEA Bakının ictimai çimərliklərinin səliqəli saxlanılması istiqamətində digər tədbirlər də həyata keçirib.

2019-cu ildə IDEA Şıx, Görədil, Novxanı, Buzovna, Pirşağı və Sahil qəsəbələrində altı nümunəvi ictimai çimərlik zonası yaradıb. 2026-cı ildə isə layihə genişləndirilərək Hövsan qəsəbəsində sayca yeddinci nümunəvi ictimai çimərlik istifadəyə verilib.

Könüllülərimiz tərəfindən təmizləndikdən sonra geniş sahil əraziləri təhlükəsizlik və digər müvafiq nişanlar, tullantıların çeşidlənməsi və təkrar emalı üçün konteynerlər, skamyalar, çadırlar, günəş şezlonqları, paltardəyişmə otaqları, açıq duşlar, voleybol və futbol meydançaları, avtomobil dayanacaqları və digər zəruri infrastrukturla təchiz edilib.

İctimai çimərliklərə giriş və buradakı imkanlardan istifadə tamamilə pulsuzdur.

Bu təşəbbüs sahilboyu ərazilərin təmiz saxlanılmasına, ətraf mühitə qayğı və sosial məsuliyyət prinsiplərinin təşviqinə, ictimai sağlamlıq və sanitariya şəraitinin yaxşılaşdırılmasına, çimərlik ziyarətçilərinin rahatlığının təmin edilməsinə, eləcə də çimərliklərin təbii gözəlliyinin qorunmasına xidmət edir.

Çimərliklərin ünvanları

  1. Şıx ictimai çimərliyi — Bakı şəhəri, Səbail rayonu, Şıx qəsəbəsi, sahilboyu ərazi.
  2. Görədil ictimai çimərliyi — Abşeron rayonu, Görədil kəndi, Novxanı–Pirşağı yolu, sahilboyu ərazi.
  3. Novxanı ictimai çimərliyi — Abşeron rayonu, Novxanı qəsəbəsi, sahilboyu ərazi.
  4. Buzovna ictimai çimərliyi — Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, sahilboyu ərazi.
  5. Pirşağı ictimai çimərliyi — Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, sahilboyu ərazi.
  6. Sahil ictimai çimərliyi — Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, sahilboyu ərazi.
  7. Hövsan ictimai çimərliyi — Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, sahilboyu ərazi.