Layihələr

Bakı Zooloji Parkı

ResourceDetailTopImage

Yenidən təbiətə qaytarılıb 3 ceyran, 8 Qafqaz nəcib maralı, 7 Şərqi Qafqaz turu, 21 Hindistan tirəndazı, 24 sincab, 4 canavar, 6 tülkü, 4 qartal, 4 qamışlıq belibağlısı

Zooloji park yalnız heyvanlara bir məkanda qayğı göstərməkdən ibarət deyil; o, növlərin təbii yaşayış mühitlərinə yenidən qaytarılmasına, Azərbaycanın Qırmızı Kitabına daxil edilmiş nəsli kəsilmək təhlükəsində olan heyvanların qorunmasına və ziyarətçilərdə vəhşi təbiətin mühafizəsinin əhəmiyyətinə dair maarifləndirmənin artırılmasına xidmət edir. Heyvanlarla göstərdiyimiz hər bir qayğı ölkəmizin zəngin və unikal vəhşi təbiətini qorumaq və bərpa etmək istiqamətində gördüyümüz işlərə daha da məna qatır. 

Son illər ərzində IDEA Bakı Zooloji Parkının təkmilləşdirilməsi prosesinə dəstək göstərərək təhsil, elmi-tədqiqat, növlərin mühafizəsi və heyvanların rifahını əsas prioritetlər sırasına daxil edilib. 2021-ci ilin oktyabr ayında Bakı Zooloji Parkı 4 il davam edən yenidənqurma işlərindən sonra ictimaiyyətin istifadəsinə verilib. Yenidənqurma zamanı ərazidəki ağac və kolların qorunmasına xüsusi diqqət yetirilib. Parkda yaşıllıq sahəsi artırılıb, daha təbii mühit yaradılıb. Parkın ümumi ərazisi demək olar ki, iki dəfə genişləndirilərək 4,25 hektara çatdırılıb. Tamamilə yenilənmiş Bakı Zooloji Parkında bütün yaş qruplarından olan ziyarətçilər, eləcə də fiziki məhdudiyyətli şəxslər üçün zəruri şərait yaradılmışdır. Müxtəlif əyləncə obyektləri ilə yanaşı, park ərazisində uşaq meydançası, mühazirə zalı və elektron bələdçi sistemi fəaliyyət göstərir. Genişmiqyaslı yenidənqurma nəticəsində daha rahat volyerlər, akvaterrarium, səyyar zoopark, süni göl və hovuzlar, həmçinin baytarlıq klinikası yaradılıb. Heyvanların saxlanıldığı volyerlər hər bir növün xüsusi tələbatları nəzərə alınmaqla təchiz edilib. 

Bakı Zooloji Parkı insanların heyvanlar aləmi, xüsusilə Azərbaycanın unikal faunası haqqında məlumat əldə edə biləcəyi təhsil, tədqiqat və mühafizə mərkəzi kimi fəaliyyət göstərir.. Parkda Azərbaycanın Qırmızı Kitabına daxil edilmiş heyvan növlərinin sayının artırılması və onların təbii yaşayış mühitlərinə yenidən qaytarılması üçün əlverişli şərait yaradılıb. 



Helper