Layihələr

“Azərbaycanın 12 Möcüzəsi” Sənədli Filmlər Seriyası

ResourceDetailTopImage

IDEA İctimai Birliyinin ölkənin on iki milli parkının hər birinə həsr olunmuş sənədli film seriyası Azərbaycanın ecazkar təbii gözəlliklərini həm ölkə daxilində, həm də beynəlxalq aləmdə tanıtmağı, eləcə də təbii sərvətlərimizin qorunmasının əhəmiyyətini təşviq edir.

Leyla Əliyevanın təşəbbüsü ilə rejissor İqor Bışnyov tərəfindən milli parklara həsr olunmuş 8 sənədli film artıq hazırlanıb, təqdim edilib və ölkənin televiziya kanallarında nümayiş etdirilib. Filmlər IDEA-nın YouTube kanalında izlənilə bilər.

Qeyd edək ki, “Azərbaycanın 12 möcüzəsi” adlanan layihə çərçivəsində əhatə olunan milli parklar ölkəmizin müxtəlif coğrafi bölgələrini və ekosistemlərini əks etdirir. Bunlara Ağgöl, Şirvan, Hirkan, Altıağac, Abşeron, Şahdağ, Göygöl, Samur-Yalama, Qızılağac, Axar-Baxar, İlisu və akademik Həsən Əliyevin adını daşıyan Zəngəzur Milli Parkları daxildir. Sözügedən parklar Azərbaycanın zəngin təbii irsinin qorunması və təbliği baxımından böyük əhəmiyyət kəsb edir.

 

Helper