Layihələr

Batareya Toplama Qutuları

ResourceDetailTopImage

Batareyaları Təkrar Emal üçün Toplamaqla Fərq Yaradırıq! 

Birdəfəlik istifadə üçün nəzərdə tutulmuş batareyalar çeşidlənmədən ümumi zibil qutularına atıldıqda qurğuşun, kadmium və litium kimi zəhərli maddələri ətraf mühitə sızdıraraq yeraltı sularını çirkləndirə və insanların zəhərlənməsinə səbəb ola bilər. 2019-cu ilin may ayında IDEA və SOCAR, Elm və Təhsil Nazirliyinin dəstəyi ilə işlənmiş batareyaların toplanması və utilizasiyası proqramına başlayıb. Pilot proqram çərçivəsində Bakı məktəblərində 30 batareya təkrar emalı qutusu yerləşdirilib. Toplanan batareyalar müntəzəm olaraq SOCAR-ın utilizasiya məntəqəsinə çatdırılır. Proqramın tədricən daha çox məktəbi və digər müəssisələri əhatə etmək üçün genişləndirilməsi nəzərdə tutulur.



Helper