Layihələr

Bizim Həyət

ResourceDetailTopImage

Əyləncə Dolu Həyətimiz! 

Bakı kimi inkişaf etmiş və böyük şəhərlərdə insanlar çox vaxt təbiətdə yaşadıqlarını bir anlıq unudurlar. Ağaclar əsasən şəhər mühitinin estetik aksessuarı kimi qəbul edilir, əslində isə onlar şəhər ekologiyasının əsasını təşkil edir. Yaşıl ictimai məkanların bütün ekoloji, sosial və sağlamlıq faydalarından xəbərdar olan IDEA, 2017-ci ilin dekabr ayında Bakının məhəllələrində açıq məkanda yerləşən və təmirə ehtiyacı olan istirahət guşələri, parklar və oyun meydançalarının yenilənməsi layihəsinə başlayıb. Şəhər sakinlərinin müraciətlərinə əsasən, IDEA və tərəfdaşları müxtəlif məkanların ehtiyaclarını qiymətləndirir və insanların açıq havada, təbiət qoynunda daha xoş, təhlükəsiz və əyləncəli və sağlam həyat keçirmələri üçün dəstək göstərir. Ən əsası, təmir olunmuş həyətlərin açılış mərasimləri zamanı yerli sakinlərin və IDEA könüllülərinin köməyi ilə çoxlu ağac və gül əkilir. Layihə Bakının rayon icra hakimiyyətlərinin dəstəyi ilə həyata keçirilir.



Helper