Layihələr

Çaykənarı Təmizliklər

ResourceDetailTopImage

Bir çox qiymətli balıq növlərinin yaşayış yeri və kürütökmə yeri, eləcə də həyati əhəmiyyətli şirin su mənbəyi olan Kür hövzəsi onilliklərdir ki, artan təzyiq altındadır və çirklənmə və torlar biomüxtəlifliyə əsas təhdidlər arasındadır. IDEA Azərbaycanın daxili sularında insan fəaliyyətinin ətraf mühitə vurduğu ziyanı azaltmaq üçün öz səylərini davam etdirir. 2015-ci ildən bəri gənc IDEA könüllülərinin köməyi ilə Kür çayının deltasında və digər çay sahillərində illik təmizləmə tədbirləri keçirilir. Bu zamana qədər aparılan təmizləmə işləri nəticəsində balıqların kürütökmə dövründə sərbəst miqrasiyası üçün Kür çayının mənsəbindən yüzlərlə tor çıxarılıb və Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə əməkdaşlıq çərçivəsində çay kənarı ərazilərdən əsasən plastikdən ibarət tonlarla tullantı toplanıb. Gəncə çayının kənarında yerləşən Köhnə Gəncə arxeoloji kompleksində həddindən artıq çirklənmə məsələsindən narahat olan IDEA, yüzlərlə könüllünü səfərbər etmək üçün "Cavan" Gənclər Hərəkatı İctimai Birliyi ilə əməkdaşlıq edib. Onlar çay kənarı əraziləri təmizləyib və çirklənmənin çaylara və yerli icmalara təsiri barədə məlumatlandırma kampaniyası aparıblar. Bu istiqamətdə təmizlik aksiyaları mütəmadi olaraq davam etdirilir.

Helper