Eko Laboratoriya

2015-ci ildə fəaliyyətə başlayan, IDEA və Sevimli Bala Klubu tərəfindən birgə həyata keçirilən bu proqram uşaqlarda erkən yaşlardan ətraf mühitə qarşı məsuliyyət hissini inkişaf etdirmək məqsədilə onları təbii aləm haqqında maarifləndirir. Eko Laboratoriya IDEA-nın Bakı və Gəncədəki resurs mərkəzlərində keçirilən aylıq təlim sessiyasıdır. Sessiyalar müxtəlif ətraf mühit mövzuları üzrə nəzəri və praktiki təlimlərdən ibarətdir və müxtəlif laboratoriya təcrübələri, viktorinalar və maraqlı oyunlar təqdim edir. İndiyə qədər aztəminatlı ailələrdən və uşaq evlərindən olan uşaqlar da daxil olmaqla 5-11 yaş arası 1000-dən çox uşaq sessiyalarda iştirak edib. 2017-ci ildən başlayaraq IDEA Eko Laboratoriya proqramına çoxsaylı yeni mövzular və əyləncəli eko fəaliyyətlər əlavə edib. Proqram Uşaqları Davamlı İnkişaf Məqsədləri (DİM) və planet və rifah üçün qlobal fəaliyyət planına necə qoşula biləcəkləri barədə məlumatlandırmağa xüsusi diqqət yetirilib.
