Layihələr

Eko-Skaut Düşərgələri

ResourceDetailTopImage

2018-ci ildə IDEA və Azərbaycan Skautlar Assosiasiyası (ASA) Eko Skaut Düşərgələri layihəsinə start verdi. IDEA Eko Skaut proqramının bir hissəsi olaraq təşkil edilən düşərgələrin məqsədi ölkə gəncləri arasında yerli və qlobal ekoloji problemlər barədə məlumatlılığı artırmaq və ətraf mühitin qorunması və ekoloji etikaya dayanıqlı maraq aşılamaqdır. Ətraf mühit sahəsində tədqiqatlar aparan və ya əlaqəli sahələrdə təcrübəsi olan 18-30 yaş arası təxminən 600 gənc bu günə qədər düşərgələrdə iştirak edib. Düşərgələr zamanı iştirakçılar milli parklara ekskursiya edib və xüsusi mühafizə olunan bu ərazilərdə qorunub saxlanılan müxtəlif növlər haqqında məlumat əldə ediblər. Gənclərin Azərbaycanın zəngin biomüxtəlifliyi haqqında biliklərini genişləndirmək məqsədilə IDEA ölkənin digər milli parklarında da Eko Skaut Düşərgələri təşkil etməyi planlaşdırır.

Helper