Layihələr
Gənc Arıçı

Arılar, Ümid və Yeni Başlanğıc!
Tozlandırıcılar olaraq arılar biomüxtəlifliyin qorunmasında mühüm rol oynayır və arıçılıq ekoloji cəhətdən ən təhlükəsiz və faydalı kənd təsərrüfatı növü hesab olunur. 2021-ci ildə IDEA, Azərbaycan Gənclər Fondu, Dövlət Məşğulluq Agentliyi və ABAD tərəfindən birgə dəstəklənən "Gənc Arıçı" adlı layihəyə başlayıb. Bu layihə kənd yerlərində gənc ailələr üçün arıçılıq təsərrüfatlarının yaradılmasını nəzərdə tutur. Layihəyə çərçivəsində ailələr üçün arıçılıq üzrə 2 aylıq təlimlər təşkil edilir və onlara lazımi inventar təqdim edilir. Layihənin məqsədi Azərbaycanda arıçılığın eko-sahibkarlıq növü kimi yayılmasını təşviq etmək, eyni zamanda biomüxtəlifliyin qorunmasına töhfə verməkdir.
