Layihələr

Həyat üçün Su

ResourceDetailTopImage

Təmiz və təhlükəsiz içməli su qıt resursdur; dünyada təxminən 1 milyard insanın bu həyati əhəmiyyət daşıyan resursa çıxışı yoxdur.

Dayanıqlı İnkişaf Məqsədi 6-nın (Su və Sanitariya) təşviqinə böyük önəm verən IDEA, ucqar kəndlərin və həssas icmaların təmiz və təhlükəsiz içməli suya çıxışını təmin etməyi hədəfləyən “Water for Life” (Həyat üçün Su) layihəsinə qoşulub. Bu günədək IDEA Uqandanın Boliso kəndində, Tanzaniyanın Kabowa kəndində və Keniyanın Sikulu kəndində su quyuları quraşdırıb. Bu su quyuları həmin kəndlərdə yaşayan 2000-dən çox insanın faydalanmasına imkan yaradacaq.

photo
photo
photo
Helper