Layihələr

İctimai Çimərliklər

ResourceDetailTopImage

Hər kəs üçün Təmiz və Təhlükəsiz Çimərliklər Yaradırıq! 

Sahilboyu müntəzəm təmizləmə fəaliyyətləri ilə yanaşı, IDEA Bakının ictimai çimərliklərini səliqəli saxlamaq üçün digər addımlar da atıb. 2019-cu ildə IDEA Bakıda Şıx, Görədil, Novxanı, Buzovna, Pirşağı və Sahil qəsəbələrində altı nümunəvi ictimai çimərlik zonası yaradıb. Könüllülərimiz tərəfindən təmizləndikdən sonra, geniş sahil əraziləri təhlükəsizlik və digər müvafiq nişanlar, tullantı və təkrar emal qabları, skamyalar, çadırlar, günəş şezlonqları, paltar dəyişmə otaqları, açıq duşlar, voleybol və futbol meydançaları, dayanacaq və digər infrastrukturla təchiz edilib. İctimai çimərliklərə giriş və onların imkanlarından istifadə tamamilə pulsuzdur. Bu təşəbbüs sahilboyu əraziləri təmiz saxlamağa, ətraf mühitə qayğı və sosial məsuliyyəti təşviq etməyə, ictimai sağlamlığı və sanitariyanı yaxşılaşdırmağa, eyni zamanda çimərlik ziyarətçilərinə rahatlıq təmin etməyə çimərliklərin təbii gözəlliyini qorumaq məqsədi daşıyır.



Helper