IDEA Heyvanlara Qayğı Mərkəzi

IDEA Heyvanlara Qayğı Mərkəzinin (IACC) yaradılmasından hələ çox əvvəl IDEA ölkədə heyvanların rifahının yaxşılaşdırılması səylərində iştirak etmişdir. IDEA Heyvanlara Qayğı Mərkəzi rəsmi olaraq 1 mart 2017-ci ildə fəaliyyətə başlayıb. IACC, müxtəlif heyvanlara qulluq xidmətləri göstərmək üçün müasir baytarlıq klinikası və digər imkanlarla təchiz olunub. Sığınacaq və qayğıya ehtiyacı olan bəzi heyvanları müvəqqəti olaraq yerləşdirməklə yanaşı, Mərkəzin küçə heyvanları probleminin həllində əsas diqqəti sterilizasiya, xəstəliklərin qarşısının alınması, himayəyə götürmə, ev heyvanlarına məsuliyyətli sahiblik və heyvanlara qarşı insani münasibətə yönəlib. IACC-nin baytarlıq klinikasında həm evsiz, həm də sahibi olan heyvanlar üçün imkanlar mövcuddur. Küçə heyvanları üçün bütün tibbi xidmətlər tamamilə pulsuzdur. Mərkəzə gətirilən yetkin küçə heyvanlarının əksəriyyəti sterilizasiya edilir, peyvənd olunur, qulaqlarına birka taxılır və sonradan əvvəlki yerlərinə qaytarılır. Mərkəzin himayə bölməsində əsasən kiçik heyvanlar və himayəyə götürülmə ehtimalı daha yüksək hesab edilən evsiz itlər və pişiklər saxlanılır. Son 9 il ərzində IACC minlərlə evsiz pişik və itə baytarlıq xidməti göstərmiş, yüzlərlə ev heyvanı üçün sığınacaq tapmış və çoxsaylı ictimai maarifləndirmə tədbirləri təşkil edib.
