Layihələr

IDEA & IUCN Pavilyonu

ResourceDetailTopImage

Təbiət üçün Birlikdə-  IDEA & IUCN Pavilyonu

 

2, 000 ziyarətçi, 250-dən artıq iştirakçı, 68 spiker, 23 sessiya 

 

2025-ci ilin Oktyabrın 9-dan 15-ə qədər davam edən, Əbu-Dabidə keçirilən #IUCNcongress-də IDEA İctimai Birliyi və IUCN ENCA (Təbiətin Mühafizəsi üzrə Beynəlxalq Birlik- Avropa, Şimali və Mərkəzi Asiya)-nin  #TogetherForNature adlı birgə Pavilyonu təqdim edib. Konqresdə IDEA İctimai Birliyi və IUCN ENCA pavilyonu biomüxtəliflik, iqlim davamlılığı və dayanıqlı inkişafa yönəlmiş panel müzakirələri, seminarlar və mübadilələr daxil olmaqla müxtəlif sessiyalara ev sahibliyi edib. Biz inanırıq ki, bu Konqresin təbiət və bəşəriyyət üçün davamlı gələcəyin təmin edilməsində böyük töhfəsi olacaq və IDEA İctimai birliyi bu mühüm təşəbbüsləri dəstəkləməkdən məmnunluq hissi duyur.



Helper