Layihələr
IDEA Velosiped Dayanacaqları

Bu layihə IDEA İctimai Birliyi və Azərbaycan Velosiped İdmanı Federasiyasının birgə əməkdaşlığı ilə həyata keçirilir və məqsəd Bakı şəhərində velosipeddən istifadəni təşviq etməkdir. Dayanacağın quraşdırılması şəhərimizdə ekoloji təmiz nəqliyyat növü hesab edilən velosipedi təşviq etməklə yanaşı, yanacaq mühərrikli nəqliyyat vasitələrindən istifadəni azaltmağa xidmət edir. Məlumdur ki, avtomobillərin atmosferə buraxdığı zərərli qazlar havanın çirklənməsinə səbəb olur ki, bu da öz növbəsində ekoloji və sağlamlıq problemlərinin yaranmasına gətirib çıxarır. IDEA inanır ki, Bakı şəhərində xüsusi velosiped dayanacaqlarının quraşdırılması əhali tərəfindən bu nəqliyyat növünün seçilməsi üçün əlavə stimul olacaqdır.
