Layihələr

Sahilyanı Təmizliklər

ResourceDetailTopImage

Ümidin və Məqsədin Bərpası - Çimərlik Təmizliyi!

Çirklənmə dəniz mühitinin sağlamlığına ciddi mənfi təsir göstərir. Buna görə də IDEA çirklənmiş sahilyanı ərazilərin təmizlənməsi və bərpasına, eləcə də ictimaiyyətin bu cür səyləri dəstəkləməsinə yönəlmiş müntəzəm tədbirlər keçirir. Hər il Xəzər dənizinin sahilində, çimərlik mövsümündən əvvəl və sonra genişmiqyaslı təmizləmə aksiyaları reallaşdırılır. Bu aksiyalar yüzlərlə gənc könüllülərimizin iştirakı və müxtəlif qurumlarla əməkdaşlıq çərçivəsində baş tutur. Kütləvi tədbirlər nəticəsində tonlarla zibil toplanaraq təkrar emal üçün Balaxanı Bərk Məişət Tullantılarının Çeşidlənməsi Müəssisəsinə təhvil verilir. Hər il daha çox gəncin bu fəaliyyətə qoşulması sahilyanı ərazilərin daha da təmiz qalmasına səbəb olur, həmçinin geniş ictimaiyyətə güclü bir mesaj ötürür.



Helper