Layihələr

Sevincini Bölüş

ResourceDetailTopImage

“Sevincini bölüş” xeyriyyə kampaniyası IDEA İctimai Birliyi tərəfindən Bakıda istifadəsiz oyuncaqların ianə verilməsi üçün həyata keçirilir. Kampaniya çərçivəsində şəhərin müxtəlif yerlərində xüsusi ianə qutuları yerləşdirilib. Bu qutulara insanlar övladlarının artıq istifadə etmədikləri və paylaşmaq istədikləri oyuncaqları yerləşdirirlər. Toplanan oyuncaqlar xüsusi qayğıya ehtiyacı olan uşaqlara hədiyyə olunur. 

IDEA İctimai Birliyi səhərimizin sakinlərini öz “sevincini bölüşməyə”, evlərində olan istifadəsiz, yararlı və saf qalan oyuncaqlarını tullamaq əvəzinə həmin oyuncaqlara “ikinci həyat” verməklə təbiətə vurulan zərəri azaltmağa və uşaqları sevindirməyə çağırır.



Helper