Layihələr

Təkrar Emal Qutuları

ResourceDetailTopImage

Uzun illərdir ki, IDEA ictimai maarifləndirmə kampaniyaları və kütləvi tullantı toplama aksiyaları vasitəsilə təkrar emalı və tullantıların düzgün idarə olunması ilə bağlı məlumatlılığı təşviq edir.

2017-ci ilin əvvəlində IDEA təkrar emal proqramına start verdi və bu çərçivədə Bakıda yüzədək məktəb, universitet və ofis binasında xüsusi dizayn edilmiş yaşıl (kağız üçün) və mavi (plastik üçün) tullantı qutuları yerləşdirildi. IDEA və Azersun Holding şirkətinin birgə səyləri nəticəsində indiyədək təxminən 3000 ton kağız və 320 ton plastik tullantı təkrar emal olunub.

IDEA bu proqramı davamlı şəkildə genişləndirir və daha çox şagird, müəllim, məktəb və müxtəlif icmaları təkrar emal prosesinə cəlb edir. Məqsəd həm toplanan tullantıların həcmini artırmaq, həm də təkrar emal və tullantıların idarə olunmasının əhəmiyyəti barədə ictimai diqqəti daha da gücləndirməkdir.

 

Helper