Layihələr

Yaşıl Marafon

ResourceDetailTopImage

2014-cü ildən başlayaraq keçirilən Yaşıl Marafon, IDEA və Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaz və payız mövsümlərində, keçirilən ümumrespublika ağacəkmə kampaniyasıdır. Ölkə daxilində ağac əkmək təşəbbüsü iqlim dəyişikliyi ilə mübarizə aparmaq, meşələrin qırılmasının və səhralaşmanın qarşısını almaq üçün yaşıllıq sahələrini genişləndirməyi hədəfləyir. Müxtəlif bölgələrin torpaq və iqlim şəraitinə uyğun olaraq, layihə çərçivəsində bugünədək zeytun, şam, fıstıq, sərv, akasiya, ağcaqayın, göyrüş, qoz, palıd, şabalıd və zeytun kimi milyonlarla yerli ağac növü əkilib.

Helper