Maraqlı faktlar
Adi Çaqqal

Adi çaqqal
Golden Jackal
Canis aureus
Şirvan Milli parkı
Məməlilər sinfinin Yırtıcılar dəstəsinin Canavarlar fəsiləsinə aid heyvan növüdür. Şirvan düzündə, Mingəçevir-Gəncə zonasında, Lənkəran-Astara meşəliklərində, Qazax-Tovuz və Ağstafa bölgəsində, Naxçıvan Muxtar Respublikasında yayılmışdır.
Uzunluğu 30-35 sm olan quyruqları ilə birlikdə bədən uzunluqları 85-95 sm-ə çatır. Çəkisi 7-12 kq arasında dəyişir. Çaqqallar gecə aktivdirlər. Gündüzləri, əsasən, böyük heyvanlardan qorunmaqla keçirirlər. Ovladıqları kiçik heyvanlarla, yaxud leşlərlə qidalanırlar. Erkək fərdlər dişilərdən daha böyükdür. Bir dəfəyə 2-7 bala doğurlar.
Monoqam cütlüklər şəklində yaşayırlar. Ailələr şəklində ov edirlər.
