Milli parklar

Abşeron Milli Parkı

ResourceDetailTopImage
ResourceCardImg

Abşeron Milli Parkı haqqında

Abşeron Milli Parkı Azərbaycan Respublikasının ən unikal qorunan təbiət ərazilərindən biridir. Park 8 fevral 2005-ci ildə yaradılmış və Abşeron yarımadasının sahilyanı ekosistemlərinin qorunması məqsədi daşıyır. Xəzər dənizi sahilində yerləşən bu ərazi su-bataqlıq landşaftları və yarımsəhra relyefi ilə seçilir.

783 hektar ərazini əhatə edən Abşeron Milli Parkı həm biomüxtəlifliyin mühafizəsi, həm də köçəri quşlar üçün mühüm dayanacaq rolunu oynayır. Park ərazisi nadir və təhlükə altında olan növlərin qorunması baxımından xüsusi əhəmiyyət daşıyır və ekoloji tarazlığın saxlanmasına töhfə verir.

ResourceCardImg

Abşeron Milli Parkında ekoturizm

Abşeron Milli Parkında ekoturizm fəaliyyəti təbiətin mühafizəsi prinsiplərinə uyğun şəkildə təşkil olunur. Ziyarətçilər dəniz sahili və su-bataqlıq əraziləri müşahidə edərək quşların təbii mühitdə davranışını izləyə bilərlər. Park foto-turizm və ekoloji maarifləndirmə baxımından da əlverişli imkanlar təqdim edir.

Eyni zamanda, parkda aparılan maarifləndirici fəaliyyətlər ziyarətçilərin sahilyanı ekosistemlərin əhəmiyyəti barədə məlumatlanmasına şərait yaradır. Bu yanaşma təbiətə zərər vermədən məsuliyyətli turizmin inkişafını dəstəkləyir.

Yol göstər

 

ResourceCardImg

Abşeron Milli Parkının florası

Parkın florası yarımsəhra və su-bataqlıq şəraitinə uyğunlaşmış bitki növlərindən ibarətdir. Burada yovşan, ot sarmaşığı, yabanı kök, adi qamış və iti cığ kimi bitkilər geniş yayılmışdır. Bu bitkilər torpağın bərkidilməsində və sahilyanı ərazilərin qorunmasında mühüm rol oynayır.

Su-bataqlıq zonalarında bitki örtüyünün sıxlığı daha çoxdur və bu, bir çox heyvan növləri üçün təbii sığınacaq yaradır. Parkın bitki örtüyü ekosistemin davamlılığını təmin edən əsas elementlərdən biridir.

ResourceCardImg

Abşeron Milli Parkının faunası

Abşeron Milli Parkı zəngin fauna müxtəlifliyi ilə seçilir. Burada adi qızılqaz, bizquyruq ördək, kiçik qarabatdaq kimi su quşları ilə yanaşı, boz canavar və çaqqal kimi məməlilər də yaşayır. Park həmçinin Aralıq dənizi tısbağası, Xəzər tısbağası və su ilanı kimi sürünənlər üçün əlverişli yaşayış mühitidir.

“Qırmızı Kitab”a daxil edilmiş Xəzər suitisi, ceyran, sultan quşu və qıvrımlələk qutan kimi nadir növlərin burada qeydə alınması Abşeron Milli Parkının təbiətin qorunmasında oynadığı mühüm rolu bir daha təsdiqləyir.

photo
photo
photo
photo
photo
photo
photo
photo
photo
photo
photo
photo
Helper