27 dekabr tarixində, IDEA-nın təsisçisi və rəhbəri Leyla Əliyeva “Bizim Həyət” layihəsi çərçivəsində Xətai rayonu, “8 Noyabr” prospekti 36, 38, 40, 42, 44, Cavanşır küçəsi 30, 32, 34, Xaliq Əziz-zadə küçəsi 2 və 4 ünvanında, 8 ha ərazidəki 10 ədəd çoxmənzilli bina ünvanlarında yenilənmiş həyətin açılışında və ağacəkmə aksiyasında iştirak edib.
27.12.2022Dekabrın 24-də IDEA İctimai Birliyi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyin tərəfindən birgə həyata keçirilən Yaşıl Marafon çərçivəsində genişmiqyaslı ağacəkmə aksiyaları keçirilib.
24.12.2022IDEA İctimai Birliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən kampaniya çərçivəsində bu gün Şabran rayonunun yanğına məruz qalmış 2 hektar ərazidə 6600 ədəd müxtəlif növ ağac əkilib, 300 kiloqram palıd toxumu səpilib.
23.12.2022Hazırda BMT-nin Biomüxtəliflik Konfransında “canlı aləmin taleyi” ilə bağlı gərgin danışıqlar gedir. Bioloji Müxtəliflik Konvensiyasına (CBD) Tərəflərin 15-ci iclası (COP-15) Kanadanın Monreal şəhərində iki həftə davam edəcək. Konfransın əsas məqsədi 2020-ci ildən sonrakı onillik üçün biomüxtəlifliyin və ekosistemlərin qorunub-saxlanması, mühafizəsi, bərpası və davamlı idarə olunması üçün strateji baxış və qlobal yol xəritəsini ehtiva edən qlobal biomüxtəliflik çərçivəsini qəbul etməkdir.
16.12.2022IDEA Bakının Nəsimi rayonunda yerləşən 8 nömrəli və Səbail rayonunda yerləşən M.Rahim adına 7 nömrəli tam orta məktəb şagirdləri üçün maarifləndirici təlim keçirib.
13.12.2022IDEA və Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yanğından zərər çəkmiş meşələrin bərpasına yönəlmiş “Yanğından yaşıllığa” kampaniyası dəvam edir.
10.12.2022