Sentyabrın 16-da IDEA İctimai Birliyi, Azərbaycan Respublikasının Gənclər Fondu, “Təmiz Şəhər” ASC və “Cavan” Gənclər Hərəkatı İctimai Birliyinin birgə təşkilatçılığı ilə növbəti ənənəvi sahilyanı təmizlik aksiyası keçirilmişdir.
18.09.201818-20 iyul tarixlərində IDEA İctimai Birliyi, Azərbaycan Respublikasının Gənclər Fondu, Azərbaycan Respublikası Təhsil Nazirliyi və Ümumdünya Vəhşi Təbiətin Mühafizəsi Fondunun (WWF) Azərbaycan nümayəndəliyinin təşkilatçılığı, Qax Rayon İcra Hakimiyyətinin dəstəyi ilə “Ceyranların Qafqazda tarixən məskunlaşdıqları ərazilərə reintroduksiyası” proqramı çərçivəsində “Ceyranları qoruyaq!” adlı ekoloji yay düşərgəsi keçirilib. Qax rayonunun Qum, İlisu, Almalı, Cəlayir, Tasmalı, Ləkit, Turaclı və s. kəndlərindən 60-a yaxın məktəbli iştirak etmişdir.
20.07.20184-6 iyul tarixlərində "Azərbaycanda zubrların reintroduksiyası” proqramı çərçivəsində IDEA İctimai Birliyi, Azərbaycan Respublikasının Gənclər Fondu, Azərbaycan Respublikası Təhsil Nazirliyi və Ümumdünya Vəhşi Təbiətin Mühafizəsi Fondunun (WWF) Azərbaycan nümayəndəliyinin təşkilatçılığı, İsmayıllı Rayon İcra Hakimiyyətinin dəstəyi ilə "Zubrları təbiətimizə qaytaraq!" adlı növbəti ekoloji yay düşərgəsi keçirilmişdir. Düşərgədə İsmayıllı rayonunun Talıstan, Tircan, Keyvəndi, Cülyan, Topçu və s. kəndlərindən 60-a yaxın məktəbli iştirak etmişdir.
06.07.201820-22 iyun tarixlərində "Qafqaz bəbirlərinin mühafizəsi" layihəsi çərçivəsində IDEA İctimai Birliyi, Azərbaycan Respublikasının Gənclər Fondu, Azərbaycan Respublikası Təhsil Nazirliyi və Ümumdünya Vəhşi Təbiətin Mühafizəsi Fondunun (WWF) Azərbaycan nümayəndəliyinin təşkilatçılığı, Lerik Rayon İcra Hakimiyyətinin dəstəyi ilə "Bəbirləri mühafizə edək!" adlı növbəti ekoloji yay düşərgəsi keçirilmişdir.
22.06.2018İyunun 12-də IDEA İctimai Birliyi, BMT-nin Azərbaycan nümayəndəliyi və Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının birgə təşkilatçılığı ilə Dənizkənarı Milli Parkda uşaqlar üçün futbol üzrə master-klass keçirilmişdir.
18.06.2018Çimərlik mövsümünün açılışı ilə əlaqədar, iyunun 10-da IDEA İctimai Birliyi, Azərbaycan Gənclər Fondu, BMT-nin Azərbaycan Nümayəndəliyi və “Təmiz Şəhər” ASC-nin birgə təşkilatçılığı ilə növbəti ənənəvi sahilyanı təmizlik aksiyası təşkil edilmişdir.
18.06.2018