"Bəbirləri mühafizə edək!" yay düşərgəsinin məqsədi məktəb yaşlarından gənclərin ətraf mühit sahəsində maarifləndirilməsi, onlarda təbiətə sevgi hissinin formalaşdırılması və inkişaf etdirilməsi, Qafqaz bəbirinin məskunlaşdığı yerlərin yaxınlığında yaşayan məktəblilərin bu nadir növ haqqında məlumatlandırılması və onun mühafizəsi işinin təbliğ edilməsidir.
01.08.201616 iyul tarixində IDEA İctimai Birliyi və “Sevimli bala” təşkilatının birgə həyata keçirdiyi “Uşaqlar üçün laboratoriya” layihəsi çərçivəsində növbəti təlim keçirilmişdir. İyul təlimi suyun həyatımızdakı rolu, onun planetimiz üçün əhəmiyyətinə həsr olunmuşdur.
19.07.2016IDEA İctimai Birliyi, Ümumdünya Təbiəti Mühafizə Fondunun (WWF) Azərbaycan nümayəndəliyi və Azərbaycan Respublikası Təhsil Nazirliyinin Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzi “Ceyranların Qafqazda tarixən məskunlaşdıqları ərazilərə reintroduksiyası” proqramı çərçivəsində “Ceyranları qoruyaq!” adlı ekoloji yay düşərgəsi keçirmişdir. Goranboy, Samux, Qax və Şəki rayonlarından 70-dən çox məktəblinin iştirak etdiyi düşərgə 6-8 iyul tarixlərində Göygöl rayonunda təşkil edilmişdir.
11.07.201630 iyun 2016-cı il tarixində IDEA İctimai Birliyi, dəniz ətraf mühiti üzrə ixtisaslaşmış dünya şöhrətli “Blue Marine Foundation” (BMF) təşkilatı və Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Kür çayının deltasında, Neftçala rayonu ərazisində “Təmiz Kür” adlı təmizlik aksiyası təşkil edilmişdir.
01.07.201628 iyun tarixində IDEA İctimai Birliyi və “Sevimli bala” təşkilatının birgə layihəsi olan “Uşaqlar üçün ekoloji laboratoriya” çərçivəsində IDEA İctimai Birliyinin Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında yerləşən Resurs Mərkəzində 6-11 yaşlarında olan uşaqlar üçün “yaşıl şəhər”, tullantılar və onların təkrar istifadəsi mövzusuna həsr olunmuş növbəti təlim keçirilmişdir.
30.06.2016İyunun 24-də Heydər Əliyev Fondunun vitse-prezidenti, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməramlı səfiri, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva FAO-nun Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin rəhbəri Mələk Çakmak ilə görüşüb.
25.06.2016