Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Bizim həyət" layihəsi çərçivəsində Yevlax şəhərində 600 nəfər sakinin yaşadığı həyət abadlaşdırılaraq sakinlərin istifadəsinə verilib.
Yeni il bayramı ərəfəsinə təsadüf edən tədbir zamanı abadlaşdırılan həyətin kiçik sakinləri üçün xüsusi bayram şənliyi təşkil edilib, uşaqlara bayram hədiyyələri təqdim olunub.
Həyətin ərazisindəki mövcud yaşıllıqların bərpası ilə yanaşı, xüsusi karantin rejiminin qaydalarına riayət etməklə ümumilikdə 350 ədəd ağac, çoxsaylı kol və güllər əkilib əkilib, 1500 kv.metr ərazidə yaşıllıq zolağı salınıb.
13 dekabr tarixində gənc ekoloqlar Şuşa şəhərinə səfər edib, ərazinin radiasiya fonu və hava keyfiyyəti üzrə ölçmə işlərinin aparılması, eləcə də su və torpaq nümunələrinin götürülməsində iştirak ediblər.
Oktyabr ayında zubrların ilkin qrupunun iqlimləşmə zonasından vəhşi təbiətə buraxılmasının ardınca daha 9 heyvan Azərbaycana gətirilərək uyğunlaşmaq üçün Şahdağ Milli Parkında yerləşdirildi.