Beynəlxalq ekoloji günlərin təqvimi
-
01 Aprel 2020
Beynəlxalq Quşlar Günü
1 aprel dünyada Beynəlxalq quşlar günü kimi qeyd edilir. 1906-cı il 1 aprel tarixində quşların mühafizəsinə dair Beynəlxalq Konvensiya imzalanıb. Beynəlxalq statistikaya görə dünyada 100 mindən çox quş növü var.
-
07 Aprel 2020
Ümumdünya Sağlamlıq Günü
Hər il aprel ayının 7-si keçirilən Ümumdünya Sağlamlıq Günündə Ümumdünya Səhiyyə Təşkilatının yaranması qeyd olunur və bu gün dünya ictimaiyyətinin diqqətini qlobal sağlamlıq üçün böyük əhəmiyyət kəsb edən bir mövzuya yönəltmək baxımından mühüm bir imkandır.
-
22 Aprel 2020
Yer günü
Əsası C.Sterlinq Mortan tərəfindən qoyulan Yer günü XIX əsrin 40-cı illərindən etibarən bayram olaraq qeyd edilməyə başlanmışdır. 1872-ci ildə C. Morton Nebraska ştatında il ərzində bir günün ətraf ərazinin yaşıllaşmasına həsr edilməsi təklifi ilə çıxış edir və birinci ağac əkmə günü milyona yaxın ağac əkilir.