Beynəlxalq ekoloji günlərin təqvimi
-
02 Fevral 2020
Ümumdünya Su-bataqlıq Günü
Hər il dünyada fevral ayının 2-si Su-bataqlıq əraziləri günü kimi qeyd edilir.
Daha çox suda üzən quşların əsas mənbəyi olan və beynəlxalq əhəmiyyət daşıyan su-bataqlıq əraziləri haqqında konvensiya 2 fevral 1971-ci il tarixində Ramsarda (İran) imzalanıb.
-
19 Fevral 2020
Ümumdünya balinalar günü
19 fevral Ümumdünya Su Məməlilərinin Mühafizəsi Günü kimi qeyd edilir (Balinalar Günü). Bu gün təkcə balinalar deyil, bütün dəniz məməliləri, dəniz və okeanlarda yaşayan bütün canlı varlıqlar mühafizə olunur.