Leyla Əliyeva haqqında

IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva azərbaycanlı rəssam, şair və mədəniyyət xadimi, eləcə də ictimai və ekoloji fəaldır.

 

Leyla Əliyeva 3 iyul 1985-ci ildə Moskva şəhərində anadan olmuşdur. O, Londonda və Moskvada təhsil almış, 2008-ci ildə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda (MGIMO) magistr dərəcəsini əldə etmişdir. 2010-cu ilə qədər MGİMO-da Azərbaycanlılar Klubunun sədri olub.

 

2007-ci ildən Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri, 2011-ci ildən isə Fondun vitse-prezidenti vəzifəsini tutur.

 

2007-ci ilin dekabr ayında Moskvada “Baku” jurnalını təsis etmiş, 2011-ci ilin oktyabr ayında Londonda jurnalın ingilis dilli versiyasını təqdim etmişdir.

 

8 may 2008-ci il tarixində Şuşa şəhərinin işğalının 16-cı il dönümündə başlanmış, Xocalı soyqırımı və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında beynəlxalq maarifləndirmənin artırılması məqsədini daşıyan “Xocalıya Ədalət” beynəlxalq kampaniyasının təşəbbüskarıdır.

2008-ci ilin mayından İslam Konfransı Təşkilatı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi vəzifəsində çalışır.

 

12 iyul 2011-ci il tarixində, Azərbaycan və Cənubi Qafqazın zəngin təbiətinin mühafizə edilməsi,  ekoloji məsələlərlə bağlı ictimai maarifləndirmə və fəallığın artırılması  və bununla təbiətimizin gələcək nəsillər üçün qorunub saxlanılması məqsədi ilə, Leyla Əliyeva Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq - IDEA İctimai Birliyini təsis etmişdir.

 

25 may 2015-ci il tarixində Leyla Əliyeva BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Xoşməramlı səfiri adına layiq görülmüşdür.

 

2009-cu ilin aprelindən Rusiyada yaşayan azərbaycanlı tələbələrə dəstək göstərən Rusiya Azərbaycanlı Gənclər Təşkilatını (AMOR) təsis etmiş və onun sədri seçilmiş, 2022-ci ilin mart ayında isə həmin təşkilatın fəxri sədri vəzifəsinə seçilmişdir.

 

Leyla Əliyeva bir çox mükafat və fəxri adlara layiq görülmüş, o cümlədən 2011-ci ildə Azərbaycan Respublikasının “Tərəqqi” medalını, BMT-nin sertifikat və xüsusi vəsiqəsini, Nyu-Yorkda yerləşən Uşaq Xərçəng və Qan Fondunun “Key to life” fəxri mükafatını, 2012-ci ildə “Həştərxan vilayəti qarşısında xidmətlərinə görə” mükafatı, 2013-cü ildə III dərəcəli Müqəddəs Mələksima “Knyaginya Olqa” ordenini, “Volqoqrad vilayəti qarşısında xidmətlərə görə” medalı, İNEPO-Avrasiya idarə heyəti tərəfindən “Ekoloji Mühitin Qorunmasına Görə” xüsusi beynəlxalq şərəf mükafatını, 2015-ci ildə Rusiya Federasiyasının “Puşkin” medalını, 2016-cı ildə Moskva Dövlət Humanitar İqtisad Universitetinin fəxri professoru diplomunu və Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun "Xidmətlərə görə" medalını almışdır.

 

Dörd övladı var.


Biz BİR DÜNYA, BİR GƏLƏCƏK naminə öhdəmizə düşən məsuliyyəti öz üzərimizə götürürük!

IDEA-ya xoş gəlmisiniz!

Böyük IDEA nədir?
IDEA gənc nəsli müsbət və davamlı ekoloji dəyişiklik yaratmağa hazırlamaq naminə dialoq, fəaliyyət, liderlik və təhsil kimi başlıca prinsiplərə əsaslanır.
Təsisçinin müraciəti
Bütün dünyada gənclər ətraf mühit problemlərinin aradan qaldırılması yollarını axtarırlar. Həyatımızı təmin edən təbiət ilə harmoniyada olan bir gələcək yaratmaq imkanı öz əlimizdədir.

Bİzə qoşul