Fəaliyyətlərimiz üzrə icmallar

BlogImg
15 September 2025

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva və Alena Əliyeva Lənkərana səfər çərçivəsində bir sıra ekoloji aksiyalarda iştirak ediblər.

Daha ətraflı

Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva Lənkəranda ekoloji aksiyalarda iştirak ediblər

BlogImg
15 August 2025

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva Bilgəhdə sahilyanı təmizlik aksiyasında iştirak ediblər.

Daha ətraflı

Leyla Əliyeva və Arzu Əliyeva Bilgəhdə təmizlik aksiyasında iştirak ediblər

BlogImg
14 July 2025

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyevanın iştirakı ilə Qax rayonunda Axar-Baxar Milli Parkının açılış mərasimi keçirilib.
Tədbir çərçivəsində ağacəkmə aksiyası təşkil olunub. Ərazidə iqlim və torpaq şəraitinə uyğun hesab olunan Eldar şamı, qara şam, adi şam, zeytun, daş palıdı, Arizona sərvi və piramidal sərv ağacları əkilib. Leyla Əliyeva və Arzu Əliyeva, həmçinin Milli Parkın ərazisi və təbiəti ilə yaxından tanış olublar.
Eyni zamanda, ekosistemdə balansın bərpası və biomüxtəlifliyin qorunmasına dəstək məqsədilə Acınohur çölü ərazisində 10 ceyran, 2 çöl pişiyi (qamışlıq və meşə pişiyi) və 4 vəhşi quş, o cümlədən 2 bərqud, 1 bozqır qartalı və 1 ağbaş kərkəs təbii mühitə buraxılıb.

Daha ətraflı

Leyla Əliyeva və Arzu Əliyeva Qax rayonunda Axar-Baxar Milli Parkının açılış mərasimində iştirak ediblər

BlogImg
23 March 2024

“Yaşıl dünya naminə Həmrəylik İli” çərçivəsində “IDEA” İctimai Birliyi və Dünya Vəhşi Təbiət Fondunun (WWF) birgə təşkilatçılığı, Regional İnkişaf İctimai Birliyi və CAVAN Gənclər Hərəkatının dəstəyi ilə Martın 23-də Bakıda “Yer saatı 2024” (Earth Hour 2024) beynəlxalq kampaniyasına həsr olunmuş kütləvi aksiya keçirilib.

Daha ətraflı

“Yer saatı 2024” beynəlxalq kampaniyası Bakıda

BlogImg
9 January 2024

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva həyətin açılışında, o cümlədən tədbir çərçivəsində keçirilən kütləvi ağacəkmə aksiyasında iştirak edib. Yeni il bayramı ərəfəsində keçirilən tədbir zamanı abadlaşdırılan həyətin azyaşlı sakinləri üçün xüsusi bayram şənliyi təşkil olunub, onlara bayram hədiyyələri təqdim edilib. Musiqili əyləncə proqramları ilə zəngin şənlik uşaqlarda xoş bayram əhval-ruhiyyəsi yaradıb, sevinc dolu anlar bəxş edib.

Daha ətraflı

“Bizim Həyət” layihəsi çərçivəsində növbəti həyət açılışı

BlogImg
30 December 2023

Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva iştirak edib.

Daha ətraflı

“Qızılağac Milli Parkı - Xəzər nağılı” sənədli filminin təqdimatı

BlogImg
29 December 2023

Sözügedən qutulara toplanılan oyuncaqlardan ibarət hazırlanan yüz ədəd hədiyyə qutusu “Ümid yeri” uşaq sığınacağındakı azyaşlı uşaqlara paylanılıb.

Daha ətraflı

“Sevincini bölüş” kampaniyası çərçivəsində xüsusi qayğıya ehtiyacı olan uşaqlara hədiyyə oyuncaqların paylanılması

BlogImg
5 December 2023

Birləşmiş Millətlər Təşkilatının (BMT), Ümumi Qadınlar Birliyinin və İsveçrə Qadınlar və Gücləndirmə Assosiasiyasının təşkilatçılığı ilə keçirilən iclasda Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva, BMT-nin Cenevrə bölməsinin baş direktoru Tatyana Valovaya, Birləşmiş Ərəb Əmirliklərinin iqlim dəyişikliyi və ətraf mühit naziri Mariam Almheiri iştirak ediblər.

Daha ətraflı

Dubayda COP28 çərçivəsində təşkil olunan Dünya İqlim Fəaliyyəti Sammitinin açılış mərasimi

BlogImg
25 November 2023

IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və WWF-nin Azərbaycan nümayəndəliyi tərəfindən həyata keçirilən zubrların reintroduksiya layihəsi çərçivəsində noyabrın 24-də Azərbaycana Almaniyadan daha 10 zubr gətirilib.

Daha ətraflı

Zubrların reintroduksiya layihəsi çərçivəsində Azərbaycana daha 10 zubrun gətirilməsi

BlogImg
15 November 2023

Noyabrın 15-də Heydər Əliyev Fondunun vitse-prezidenti, “İDEA” İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə təmirə ehtiyacı olan həyətlərin abadlaşdırılmasına yönəlmiş "Bizim həyət" layihəsi çərçivəsində yenilənən növbəti həyət sakinlərin istifadəsinə verilib. Yenilənmiş həyət Nəsimi rayonu, Hüseyn Bala Əliyev küçəsi 3, 5 və 7 ünvanında 700 nəfər sakinin yaşadığı çoxmərtəbəli binaları əhatə edir.
“Bizim həyət” layihəsinin əsas məqsədi ölkə ərazisində həyətlərin ekoloji cəhətdən təmiz və abad edilməsi, şəhər ekologiyasının sütununu təşkil edən yaşıllıqların bərpası, sağlam həyat tərzinin formalaşdırılması, sakinlər üçün təhlükəsiz və rahat yaşam şəraitinin yaradılmasıdır.
Abadlaşdırılan növbəti həyətdə əlil və sağlamlıq imkanları məhdud insanların rahat hərəkəti nəzərə alınıb, bütün yaş qrupları üzrə uşaqların inkişafı üçün əlverişli şəraitin yaradılması, gənclərin asudə vaxtlarının səmərəli keçirmələri və onlarda sistematik idmanla məşğulolma refleksinin yaradılması məqsədilə ərazidə süni örtüklü mini futbol stadionu, şahmat meydançası, müxtəlif idman qurğuları, uşaq meydançaları salınıb. Eyni zamanda, ərazidə 5 söhbətgah, çoxsaylı oturacaqlar, tullantılar üçün qutular, quş yuvaları və pişik evləri quraşdırılıb.
Sakinlərin istək və maraqları nəzərə alınaraq, həyətdə yeni işıqlandırma dirəkləri, müşahidə kameraları quraşdırılıb, binaların fasad və blokları tam təmir olunub, asfalt və dam örtüyü yenilənib, elektrik sistemi yenidən qurulub.
Həyətin ərazisindəki mövcud yaşıllıqların bərpası ilə yanaşı, 950 ədəd müxtəlif növ ağaclar, 8300 ədəd kol və 3000 ədəd mövsümü güllər əkilib, 3000 kvadratmetr ərazidə yaşıllıq zolağı salınıb. Bununla yanaşı, həyətin ətraflarında sıx bitən və hava çirklənməsini effektiv şəkildə azalda bilən 2150 ədəd adi daşsarmaşığı və digər sarmaşan bitkilər əkməklə “yaşıl səddlər” (green barriers) yaradılıb.

Daha ətraflı

“Bizim Həyət” layihəsi çərçivəsində növbəti həyət açılışı

BlogImg
21 October 2023

Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva həyətin açılışında, o cümlədən tədbir zamanı keçirilmiş kütləvi ağacəkmədə iştirak edib.

Daha ətraflı

“Bizim Həyət” layihəsi çərçivəsində növbəti həyət açılışı

BlogImg
30 September 2023

Beynəlxalq Dəniz Günü ilə əlaqədar ölkəmizdə qeyd edilən “Xəzər həftəsi” çərçivəsində IDEA İctimai Birliyi və Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq fakultəsinin birgə təşkilatçılığı, Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN), “Təmiz Şəhər” ASC-nin dəstəyi ilə Sumqayıt şəhərinin Corat qəsəbəsi daxilində yerləşən çimərlikdə sahilyanı təmizlik aksiyası keçirilib. Aksiyada BDU-nun 300-dən çox tələbəsi ilə yanaşı, ETSN nümayəndələri və könüllüləri də aktiv iştirak ediblər.

Daha ətraflı

Beynəlxalq Sahilyanı Təmizlik Günü münasibətilə təmizlik aksiyası keçirilib