Fəaliyyətlərimiz üzrə icmallar

BlogImg
12 May 2016

Mayın 11-də IDEA İctimai Birliyinin təşəbbüsü ilə “Nizami” Kino Mərkəzində “Son hədd” (The End of the line) sənədli filminin premyerası keçirilib.

Daha ətraflı

“Son hədd” filminin təqdimatı keçirilib

BlogImg
26 April 2016

22 aprel 2016-cı il tarixində IDEA İctimai Birliyi tərəfindən “Yer Günü”nə həsr olunmuş təlim keçirilmişdir.
Zirə Mədəniyyət Mərkəzində yerləşən IDEA-nın Resurs Mərkəzində keçirilən təlimdə ətraf mühit, ekologiya və davamlı inkişaf sahələri üzrə təhsil alan və ya bu sahələrdə çalışan 40 nəfərə yaxın gənc iştirak etmişdir.

Daha ətraflı

IDEA Yer Günündə - gənclərlə birgə

BlogImg
27 November 2011

“Ekoloji idarəçilikdə gənclərin rolu: bu gün və sabah” devizi ilə Qəbələdə keçirilən beynəlxalq düşərgədə irəli sürülən prinsiplər bütün dünyada qəbul edilməlidir.

Daha ətraflı

Ömər Faruk: “Qəbələdə irəli sürülən prinsiplər bütün dünyada qəbul edilməlidir”

BlogImg
7 August 2012

IDEA (Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq) kampaniyası "IDEA mühazirələri" layihəsinin davamı olaraq, bazar ertəsi Ümumdünya nüvə silahı ilə mübarizə günündə mühazirə həyata keçirib. Mühazirə IDEA kampaniyasının Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında yerləşən Resurs Mərkəzində baş tutub.

Daha ətraflı

IDEA kampaniyası Ümumdünya nüvə silahı ilə mübarizə gününə həsr olunmuş tədbir keçirib

BlogImg
16 June 2020

İyunun 16-da Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Şıx ərazisində yaradılmış nümunəvi ictimai çimərlik vətəndaşların istifadəsinə verilib. Təxminən 5 ha sahəsi olan nəhəng ödənişsiz çimərliyin açılışı Bakıda çimərlik mövsümünün açılışına təsadüf edilib.

Daha ətraflı

Bakıda nümunəvi ictimai çimərlik istifadəyə verildi

BlogImg
2 June 2012

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən başladılmış IDEA (Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq) kampaniyası 1 iyun - Uşaqların beynəlxalq müdafiəsi günü və 5 İyun - Beynəlxalq ətraf mühit günü ilə əlaqədar olaraq uşaqlar və gənclər arasında "Yer kürəsi uşaqların gözü ilə" adlı beynəlxalq foto müsabiqə elan edir.
Beynəlxalq fotomüsabiqə və müsabiqənin sonunda keçirilməsi planlaşdırılan festival ətraf mühitin bütün nəsillər tərəfindən qorunmasının vacibliyini nümayiş etdirərək dünyada mövcud olan ətraf mühit məsələlərinə ümumi diqqətin cəlb edilməsini nəzərdə tutur.
"Yer kürəsi uşaqların gözü ilə" beynəlxalq fotomüsabiqə IDEA kampaniyasının təşəbbüsü əsasında dünya şöhrətli fotoqraf Reza Deqati ilə sıx əməkdaşlıq edərək, WPO (Dünya Fotoqrafçılıq Təşkilatı) və Böyük Britaniyanın "National Geographic" uşaq jurnalının dəstəyi ilə həyata keçirilir.
17 yaşdan kiçik olan hər bir uşaq və yeniyetmə "Mən təbiəti sevirəm və onu çirkləndirməkdən qorxuram" mövzusunu təsvir edən işini təqdim edə bilər.
Müsabiqəyə təqdim olunmuş şəkillər beynəlxalq münsiflər heyəti və məsləhət şurasının üzvləri tərəfindən qiymətləndiriləcək. Qaliblər qiymətli hədiyyələrlə təltif ediləcək və Bakıda 2012-ci ilin oktyabr ayında baş tutacaq festival və sərgidə iştirak etmək hüququ qazanacaqlar.
Layihə ilə əlaqədar əlavə məlumatı kampaniyanın rəsmi internet səhifəsindən əldə etmək mümkündür.

Daha ətraflı

IDEA kampaniyası "Yer kürəsi uşaqların gözü ilə" adlı beynəlxalq fotomüsabiqə elan edir

BlogImg
28 April 2015

IDEA İctimai Birliyi gəncləri ətraf mühit sahəsində ixtisaslaşmağa və bu sahədə çalışmağa həvəsləndirmək məqsədilə, aprel ayından etibarən “Uğura gedən yol” adlı layihəyə başlamışdır.

Daha ətraflı

IDEA İctimai Birliyi “Uğura gedən yol” adlı layihəyə start vermişdir

BlogImg
25 January 2017

IDEA İctimai Birliyi növbəti dəfə Dünya Vəhşi Təbiət Fondunun (WWF) "Yer saatı" beynəlxalq kampaniyasının (www.earthhour.org) Azərbaycan üzrə rəsmi koordinator statusunu əldə etmişdir. Koordinator qismində IDEA 10 illiyini qeyd edən "Yer saatı" kampaniyası çərçivəsində ölkəmizdə kütləvi aksiya və tədbirlərin keçirilməsini planlaşdırır.

Daha ətraflı

IDEA İctimai Birliyi “Yer saatı” kampaniyasının Azərbaycan üzrə rəsmi koordinator statusunu alıb

BlogImg
5 December 2023

Birləşmiş Millətlər Təşkilatının (BMT), Ümumi Qadınlar Birliyinin və İsveçrə Qadınlar və Gücləndirmə Assosiasiyasının təşkilatçılığı ilə keçirilən iclasda Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva, BMT-nin Cenevrə bölməsinin baş direktoru Tatyana Valovaya, Birləşmiş Ərəb Əmirliklərinin iqlim dəyişikliyi və ətraf mühit naziri Mariam Almheiri iştirak ediblər.

Daha ətraflı

Dubayda COP28 çərçivəsində təşkil olunan Dünya İqlim Fəaliyyəti Sammitinin açılış mərasimi

BlogImg
1 May 2012

27 aprel 2012-ci il tarixində IDEA (Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq) kampaniyası tərəfindən “Hilton”Bakı mehmanxanasında “Mesajını Rio+20-yə göndər” adlı inşa müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi keçirilmişdir.

Daha ətraflı

IDEA tərəfindən tələbələr arasında ən yaxşı inşa müsabiqəsinin mükafatlandırılma mərasimi keçirilmişdir

BlogImg
30 September 2023

Beynəlxalq Dəniz Günü ilə əlaqədar ölkəmizdə qeyd edilən “Xəzər həftəsi” çərçivəsində IDEA İctimai Birliyi və Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq fakultəsinin birgə təşkilatçılığı, Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN), “Təmiz Şəhər” ASC-nin dəstəyi ilə Sumqayıt şəhərinin Corat qəsəbəsi daxilində yerləşən çimərlikdə sahilyanı təmizlik aksiyası keçirilib. Aksiyada BDU-nun 300-dən çox tələbəsi ilə yanaşı, ETSN nümayəndələri və könüllüləri də aktiv iştirak ediblər.

Daha ətraflı

Beynəlxalq Sahilyanı Təmizlik Günü münasibətilə təmizlik aksiyası keçirilib

BlogImg
11 October 2015

Oktyabrın 9-da Astara rayonu ərazisində ovlanan bəbirin dərisini satmağa çalışan rayon sakinləri 22.10.1995-ci il təvəllüdlü Böyükağazadə Natiq Nəbi oğlu və 01.01.1995-ci il təvəllüdlü Fərəcov Səməd Yaqub oğlu Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.

Daha ətraflı

Azərbaycan biomüxtəlifliyi böyük itki vermişdir

Helper