Eco Picture Diary 2014

Haqqında

"Eko Rəsm Gündəliyi 2014" ("Eco Picture Diary 2014") beynəlxalq ekoloji müsabiqəsi Panasonic korporasiyası tərəfindən 2008-ci ildən etibarən dünyanın 50-dən çox ölkəsində keçirilir.

Müsabiqənin Azərbaycan üzrə milli mərhələsi IDEA İctimai Birliyinin təşəbbüsü, UNESCO-nun himayəsi, Heydər Əliyev Mərkəzi və Panasonic korporasiyasının dəstəyi ilə artıq ikinci ildir ki, həyata keçirilir.

"Eko Rəsm Gündəliyi 2014" beynəlxalq müsabiqəsinin məqsədi uşaqlar arasında ekoloji problemlərin həlli istiqamətində məsuliyyət hissinin formalaşdırılması və inkişafı, gənclər arasında təbiətə qayğıkeş münasibətin və ekoloji mədəniyyətin təbliği, ətraf mühitin və insan sağlamlığının qorunması üzrə aktiv vətəndaş mövqeyinin formalaşdırılmasıdır.

2013-cü ildə müsabiqənin Azərbaycan üzrə milli mərhələsində Bakı və Gəncə şəhərlərini əhatə edən 363 məktəbdən 3032 şagird iştirak edib. Onlar arasından 20 ən yaxşı Eko Gündəliyin sahibi müsabiqənin final mərhələsinə yüksəlib. 20 finalçı Eko Gündəlik arasından isə 1 Gündəlik müsabiqənin milli mərhələsinin qalibi adına layiq görülüb və "Eko Rəsm Gündəliyi 2014" müsabiqəsinin Fransanın paytaxtı Paris şəhərində keçirilən beynəlxalq mərhələsində Azərbaycanı təmsil edib.

Qaydalar

Eko Rəsm Gündəliyi qaydalarını yüklə

Münsiflər heyəti

«Eko Rəsm Gündəliyi 2014» beynəlxalq müsabiqəsinin Azərbaycan üzrə milli mərhələsinin Münsiflər heyətinin tərkibi aşağıdakı qurumları əhatə edir:

1.   Heydər Əliyev Mərkəzi
2.   IDEA İctimai Birliyi
3.   Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi
4.   Azərbaycan Respublikasının Təhsil Nazirliyi
5.   UNICEF Azərbaycan nümayəndəliyi
6.   AMEA-nın Botanika İnstitutu
7.   WWF Azərbaycan nümayəndəliyi
8.   YARAT Müasir İncəsənət Məkanı
9.   “Qız Qalası» İncəsənət Qalereyası
10. «Təmiz Şəhər» Açıq Səhmdar Cəmiyyəti




Join us