TƏBİƏTİ QORUMAĞA HƏMİŞƏ HAZIR OL!

Qalereya

Eko-skaut

Adı/soyadı: Sara Qəhrəmanova
Statusu: Gənc ekoloq
Ümumi topladığı bal: 2540
Kluba üzv olma tarixi: 2017-04-21
Yaşı: 8
Məşğuliyyəti: 145 nömrəli məktəbin 3-cü sinif şagirdi
Gördüyü işlərlə bağlı qeydlər: Mən Qəhrəmanova Sara 13.04.2017-ci il tarixində həyətdəki sahibsiz pişiklərə yem verdim və IDEA İctimai Birliyi mənə bu işimə görə 25 bal verdi. Növbəti faydalı işim isə 17.04.2017-ci il tarixində 1 akvarium balığı aldım və onun yaşaması üçün evdə şərait yaratdım. Buna görə də əlavə 25 bal topladım. 23.04.2017ci ildə isə Zirə Mədəniyyət Mərkəzi Eko parkı ziyarət etdim və evə gəlib pişik üçün ev düzəltdim. Həmçinin, 30.04.2017ci il tarixində bir çobanyastığı gülü aldım və həyətimizdə əkdim, onu tez-tez sulayıram. Mən Qəhrəmanova Sara 05.05.2017ci il tarixində Qəbələ rayonun Tüntül meşə qoruğunda saxlanılan kanada marallarını ziyarət etdim. (200)Mən Qəhrəmanova Sara 06.05.2017ci ildə Qəbələnin Yatmiş Gözəl zirvəsində Şahin quşlarını müşahidə etdim və oradaki meşədə təmizlik işlərini gördüm (110bal). 28.05.2017-ci il tarixində bağda gül toxumlarını əkdim,suladım. Daha sonra bağda olan başqa ağacları da suladım (20 bal).Mən Qəhrəmanova Sara bu gün145 nömrəli 3a sinfimdə açıq eko dərsi keçirtdim.Bunun üçün mənim eko skaut olan Züleyxa Qəhrəmanova -bacımla birlikdə məlumatlar hazırladıq.Mənim müəlliməm Abdullayeva Nailə isə bunun üçün çox böyük köməklik göstərdi.Mən uşaqlara slaydşounun və şəkilləriynən birlikdə ətraf mühitin bizə nə qədər vacib olduğunu və onu necə qoruya bildiyimizi danışdım.Beləliklə biz müəlliməynən birlikdə bu açıq dərsi keçirtdik.Axırda uşaqlarnan birlikdə maraqlı bir rəsm də düzəltdik. (25bal)Mən Qəhrəmanova Sara bu gün özümə daha 2 ədəd balıq aldım və onlara yem verdim (25 bal). Ətraf mühitə dəyən zərərlər və ovçular tərəfindən heyvanların öldürülməsinə qarşı etirazımı bildirmək üçün videoçarx hazırladım, öz dostlarımla paylaşdım (25).25.06.2017-ci il tarixində bağdakı ağaclari alağ elədim, 2 istifadəyə yararsız yeşik götürüb, təzədən təkraristifadə yolu ilə yararlı vəziyyətə gətirdim və evdə istifadə üçün divardan asdım. (25 bal).Mən Qəhrəmanova Sara və bacım Züleyxa 10.07.2017ci il tarixində bağımızda uça bilməyən qara toyuq quşunu tapdıq.O yaralı və yorğun idi.Biz onu tutub ona birinci yardımı göstətərdik.Daha sonra İdea Animal Care'snan əlaqə saxladıq və onlar bizi öz klinikalarına dəvət elədilər.Biz oraya getdik.Oranın gülərüzlü personalı bizi çox mehribancasına qarşılayıb,quşumuzu müayinədən keçirtdilər.Həmçinin orada olan sahibsiz heyvanlarnan gözəl vaxt keçirib onları əzizdədik.Daha sonra onlara təşəkkürümüzü bildirib quşu evə tam sağalması üçün apardıq.Ona şərait yaradıb tam sağalmasına qədər qulluq edəcəyik.Ən böyük arzumuz İdea Animal Caresdan it himayə götürməkdir. Mən Qəhrəmanova Sara 13.08.2017ci ildə Qəbələ rayonun rus meşəsinə sətahət etdim.Oradaki meşəbəyi bizə burada hansı heyvan,quş və bitki olduğunu izah elədi.Mən oradaki meşənin necə təmiz olduğunu müşahidə etdim. Burada insanların dincəlməsi üçün və heyvanların heç bir zərər görməməsi üçün şərait yaradılmışdı. Həmçinin orda ağaclarda dələyə də rast gəldim, dələlərlə bağlı çox maraqlı məlumatlar əldə etdim. Artıq onların yaşam tərzi haqqında daha çox bilirəm (50 bal). 26.08.2017 ci il tarixində Xal-Xal şəlaləsində oldum və orada olan balıqlara və dovşana yem verdim (100 bal). 4.09.2017ci il tarixində kiçik bir eksperiment apardım.Təkrar emal nəticədə isə çox gözəl təbii ətirli şam əldə etdim (25 bal). 24.09.2017ci il tarixində bir gül aldım və indi o mənim şəxsi çiçəyimdi. Evə gətirib onu suladım və həmişə ona qulluq eliyəcəm (10 bal). 25.09.2017ci il tarixində sahibdiz bir pişiyə yem verib bir az onunla oynadım (25 bal). Mən balıqları çox sevirəm və bu gün yenə 2balıq aldım. Onlara təzə şərait yaradıb yem verdim(100 bal). Çəyirtkə. Mən bu yay Qəbələ rayonunda çəyirtkə həşəratını müşahidə etdim. Hər il mən onların necə çoxaldığını və necə gözəl həşərat olduğunu görürdüm.Çəyirtkənin bir neçə növü var.Mənim bildiyim qədər onlar öz mühitinə uyğun olaraq rəngləri dəyişir.Biz tərəflərdə olan çox vaxtı sarı ya boz rənglərdə olur.Hərdən çölə çıxanda səs eşidirdim.Və bir bu səs çəyirtkəyə məxsus olduğunu başa düşdüm.Onlar arxa ayaqlarını bir birinə sürtərək o səsi çıxardırlar.Bildiyim qədər onların eşitmə cixazları ayaqlarındadı.Onlar ən çox bizim bağdaki üzüm yarpaqları ilə qidalanmağı xoşlayırlar.Təhlükəni hiss elədikdə yarpaqların,daşların arasında gizlənib tərpənmədən gözləyirlər. Nənəm deyir onların bizə çox faydası var,çünki onlar yarpaqda əməli gələn zərərli qurdları yeyir və bununla da ağacları xəstəliklərdən qoruyur. Mən heyvanları və həşəratlali müşahidə eləməyi çox xoşlayıram.Bundan sonra da mən daha maraqlı heyvanları müşahidə edib bu haqda məqaləni hazırliyacam (150 bal). İstifadəyə yaramayan salfetkanın içindən çıxan rulondan qolbaq qabı düzəltim (30 bal). Biz 29.09.2017ci il tarixində balaca bir müraciət çap edərək 16 bina girişlərinə yapışdırdıq. Məqsədimiz soyuq havalarda sahibsiz pişik və itləri yaddan çıxartmamaq, onlara bu qış aylarında əlimizdən gələn şəraiti yaradıb kömək etməkdir. Daha sonra bəzi bina sakinlərinə bu barədə məlumat verdik və balaca pişik balasını yemlədik (50 bal). Mən 27.09.2017ci il tarixində yağış suyunu yığıb güllərimi suladım.Mən həmişə yağış yağanda suyu yığıb güllərimi sulayıram çünki onun güllər üçün daha xeyirli sayıram və bununla da içməli suya qənaət etmiş oluram (10 bal).Mən Qəhrəmanova Sara bacımla birgə 08.10.2017ci il tarixində məqalə və slaydshou hazırladıq. Evimizin divarında asdığımız şəkillər gələn qonaqlarımızı da bu probleme yönəldirik.Məqsədimiz heyvanıarı qorumaqdı.Slaydşounu öz hesabımızda olan bütün sosial şəbəkələrdə paylaşdıq. Heyvanları qoruyaq-məqaləsi.Qədimdə insanların yaşaması üçün heyvanları öldürüb yemək və onların dərisindən,sümüklərindən istifadə etmək zəruri idi.21ci əsrdə də belədi.Lakin indi insanlar nə inki ehtiyacı olduqları üçün,çox vaxtı dəbli yaşaması üçün heyvanları öldürüb onlarda ayyaqqabı,çanta,gödəkçə tikib geyinirlər.Hər il brakonyerlərin əlindən yüzlərcə,minlərcə heyvanlar məhv olurlar... Bu heyvanlar dəbin qurbanlarıdı...Timsahların tək dərisindən ayaqqabı çanta düzələcək deyə onları öldürüb dərisini soyurlar.Fillərin sümüklərindən müxtəlif əşyalar düzələcək deyə onları ovlayıb öldürürlər.Belə misallar çoxdu: şirlərdən, tülkülərdən, kürklər, dovşanlardan papaqlar, maralların başlarıni evlırini bəzəyirlər... Bu 21ci əsrin ən böyük faciəsidi. Biz insanlar heyvanları qorumaq əvəzinə, onları yer üzündən məhv edirik.İndiyə qədər məs bu səbəbdən nə qədər heyvan növü kökü kəsilmək üzrədi.Biz onlardan asılıyıq onlarda da bizdən.Heyvanlar bir neçə qrupa bölünür: quşlar, həşəratlar, balıqlar, məməlilər. Biz onlardan onsuzda istədiklərimizi ala bilirik -süd, tük, dərmanlr və s. Heyvanlar olmasaydı yerlər,göylər,okenlar boş olardı.Gəlin əl ələ verək və onları qoruyaq!!!!!!!!!!!!! (150 bal). Bu soyuq qış aylarında quşlar yem tapmaqda çox çətinlik çəkirlər.Bu səbəbdən biz mümkün olan yerdə quşlar yemliklər düzəldib onlara az olsa da köməkliyimizi göstəririk. Lazımsız yumurta qabından yemlik düzəldib quşları yemlədik.4.10.2017 (15 bal). Mən Qəhrəmanova Sara və mən Qəhrəmanova Züleyxa 14.10.2017ci il tarixində Qala qoruğunda olduq. Və orada keçirilən "Tullantıdan Sənətə" sərgidə olduq. Bizim üçün çox çox maraqlı oldu. Orada olan Sənət Əsərləri bizi daha da çox tullantılardan bir şeylər yaradmağa həvəsləndirdi (20 bal). Mən Qəhrəmanova Sara və bacım sahibsiz heyvanları yedizdirməyi xoşlayırıq. Özü də soyuq havalarda onların necə çətinliklə yem tapdıqlarını biləndə çalışırıq daha da tez tez eliyək. Bu gün də biz bir neçə pişiklərə yem verdik. Və onların maraqlı şəkillərini çəkməyə çalışdıq (50 bal). Mən tısbağa haqqında məqalə də hazırlamışam, onu da sizə təqdim edirəm : ==Su tısbağası==Bizim evdə balaca su tısbağası var. Mən neçə vaxt apardığım müşahidələrə və bildiklərimə əsasən balaca bir mərüzə hazırladım.Bizim su tısbağamız 9-10 sm.uzunluğundadı.Xoşladığı yemek isə ot,balaca quru molusklar.O həm suda həm quruda yaşayan növlərindəndi.Belini tez tez qurudmağı xoşladığı üçün biz onun üçün akvariuma bir daş qoymuşuq.O onun üzərinə çıxıb belini akvariumun işiğı altında qurudur.Hava alması və suyun təmizlənməsi üçün akvariumun içinə filtr qoyulub.Tısbağanın qrunt içində tez tez eşələnməyi xoşlamasına görə biz oraya balaca daşlar elavə eləmişik.Biz tısbağamızın belini diş fırçasıynan təmizləyirik çünki o çox xoşlayır.Bütün sürünənnlər kimi soyuqqanlı olduğu üçün günəş altında uzanmağını da xoşlayır.Adi quruda yaşayan tısbağadan fərqli olaraq tez tez qaça bilir.Suda yaşayan tısbağalar yumurtaları torpağa və yaxud qumlu dəniz sahillərində qoyurlar.Bir böyük tisbağa 1500yə yaxın yumurta bir dəfəyə qoya bilir.60-80 gün sonra onlar yumurtadan çıxıb suya doğru sürünürlər.Lakin çox təəssüf ki onların çox az sayı sağ qalır.Yolda onları quşlar yeyir.Tısbağa dünyanın ən uzun ömürlü heyvanı sayılır.Lakin son zamanlar onlar çox sürətlə azalır çünki məlum olub ki onlar dənizə atılmış polietilen torbalar udub və boğulurlar.Tısbağalar ömrünün axırına qədər çanaqlarını dəyişmır.Onun üçün də onun çanağını üzərində əmələ gələn xalqalardan onun neçə yaş olduğunu müəyyən etmək olar.Bizim tısbağanın 6 yaşı var.Tezliklə biz ona dost alacayıq.Və ümid edirəm ki onların balaca balaları olacaq və onda mən daha da maraqlı bir mərüzə hazırlaya bilərəm (150 bal). Biz bu yay bağda əkdiyimiz qarpız tumlarımızdan nəhayət çox gözlədiyimiz qarpız yetişdi. (15 bal).Mən Qəhrəmanova Sara və mən Qəhrəmanova Züleyxa 25.10.2017ci il tarixində elkperiment apardıq.Biz bu yay Qəbələdə çay qırağında içində qızılın tozları olan bir daş tapdıq.Onu dəqiqləşdirmək üçün bir balaca eksperiment elədik.Zelyonka adlanan maddəni üzərinə töküb rəngin dəyişməsini gözlədik.Və bir neçə saniyəd sonra rəng dəyişməsini müşahidə etdik.Zelyonkanın rəngi tünd bənövşəyi rəngə dəyişildi.Bununla biz bu daşda doğurdanda qızılın olmağını sübüt etdik.Bə bununla da bizim təbiətimiz nə qədər zəngin olduğunu və onu nə qədər qorumaq lazım olduğunu öyrəndik. (20 bal). Mən Qəhrəmanova Sara və mən Qəhrəmanova Züleyxa 11.11.2017ci il tarixində Qəbələ rayonunda öz bağımızda ailəmnən birlikdə 12 ədəd meyvə ağacı əkdik.(alma,armud,zoğal,xurma,gavalı,əzgil (25 bal).Mən Qəhrəmanova Sara və mən Qəhrəmanova Züleyxa 26.10.2017ci il tarixində atamla birlikdə evdəki 5 ədəd lampaları led lampalara dəyişdik.Bundan sonra ancaq onlardan istifadə edəcəyik.(25 bal). Biz əslində çiçək dərməyi xoşlamırıq.Amma hər ilin bu vaxtında bizim bağda yetişən bu gülü dəririk.Bu çiçəyi illər qabaq bizim babamız əkmişdi.Biz bu çiçəyin nə qədər faydalı olduğunu nənəmizdən eşitmişik.Bun gül bənövşəyi rəngdə olur.Ortasında olan qırmızı olan saplaqlar ən faydalı yeri sayılır.Nənəm həmişə onları yığıb qurudub sonra onu dəmləyib bizə içizdirir.Bu bitkinin 1qramı 100 litr suyu sarı rəngə boyayır.Bu bitki iştahsızlık,bronxit,əsas isə hərcəng xəstəliyinə qarşı bir nömrəli dərmandı.Zəfəran dünyanın ən bahalı ədviyyatlardan sayılır. (30 bal). Mən Qəhrəmanova Sara və Mən Qəhrəmanova Züleyxa bu gün tullantılardan istifadə edib, yeni il qabağı sinifimizə və evimizə oyuncaqlar düzəltdim.İstifadə elədiyim əşyalar -kardon,plastik,qablar,kibrit qutuları,disklər,alumin folyo,şam ağacının qozaları. (100 bal). Uşaqlar,gəlin mən sizə əvvəlcədən IDEA eko-skaut klubu haqqında bir balaca məlumat verim.IDEA (Ətraf mühitin mühafizəsi naminə beynəlxaq dialoq) İctimai Birliyi Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 12 İyul 2011-ci ildə fəaliyyətə başlamışdır. Təşkilatın əsas məqsədi ətraf mühit məsələləri və fəaliyyətlər barədə ictimai maarifləndirmə, gənclərlə əməkdaşlıq, ətraf mühit problemləri sahəsində təhsil və onlar üçün düzgün həllər tapmaqdır. Qısa müddət ərzində təşkilat gənc ekoloqlar və adi tələbələr üçün ağacəkmə fəaliyyətləri, o cümlədən 5 qitə və 90 ölkədən 1200 iştirakçının qatıldığı “Yer Kürəsi uşaqların gözü ilə” uşaqlar üçün beynəlxalq fotomüsabiqə və digər müxtəlif layihələr həyata keçirmişdir.IDEA eko-skautları - təbiəti qoruyan, ekoloji cəhətdən davamlı cəmiyyətin inkişafı və gənc nəsillər arasında ətraf mühitə qarşı məsuliyyət hissinin formalaşdırılması vəzifəsini icra edən skautlardır. Ətraf mühitin qorunmasında fəal iştirak etmək, təbiətə qarşı qayğıkeş münasibəti formalaşdırmaq, ekoloji problemlərin həlli yollarını axtarmaq, gəncləri təbiətin qorunması ilə bağlı fəaliyyətə cəlb etmək IDEA eko-skaut klubunun əsas məqsədi hesab olunur. IDEA eko-skaut klubu gənclərə planetimizə təhlükə yaradan ekoloji problemləri dərk etmək və öyrənmək, bu problemlərin həllinə öz dostları və valideynlərini cəlb etməklə, bu ictimai hərəkatda iştirak etmək və onun lideri olmaq imkanları yaradır. (30 bal).Mən Qəhrəmanova Züleyxa və mən Qəhrəmanova Sara 145 18.12.2017ci ildə axir ki öz arzumuza çatdiq.Biz məktəbli olduğumuza görə bilirik ki məktəbdə nə qədər kağız istifadə olunur və nə qədər tullantiya qedir.Biz həmişə öz açıq dərslərimizdə də vurğulamışıq ki təktar emal nə qədər faydalı ola bilər.Bu səbəbnən də biz İDEA ya müraciət etdik və onlar bizim üçün də qutuları göndərdilər.Bizim sinif rəhbərlərimiz Nəzərova Sevinc və Abdullayeva Nailə müəlliməynən birlikdə məktəbdəki uşaqlarnan birlikdə bu qutuları yerləşdirdik.Bütün məktəb uşaqlarını bu barədə məlumatlandırdıq.Çox maraqlı bir günümüz keçdi.Artıq bizim məktəbdə də tekrar emal - kahız və plastik üçün qutular var.Və biz bunun üçün İDEA ya böyük təşəkkürümüzü bildiririk. (25 bal). Lemur-Tenbel heyvanTənbəl heyvan dünyadakı ən yavaş məməlilər olaraq bilinir. Adını da bu xüsusiyyətlərindən alıblar. Miskin olaraq da bilinən tənbəl heyvan Orta və Cənubi Amerikadakı yağış meşələrində yaşayırlar. Toplam 6 növü olan bu heyvanların bəziləri iki barmaqlı, bəziləri isə üç barmaqlıdır. Sürətli olma qabiliyyətləri yoxdur, çox yavaş hərəkət edərlər. Aparılan araşdırmalarda dəqiqədə ən çox yarım metr yeridikləri müşahidə edilib.Tənbəl heyvan orta böyüklükdə olan məməlilərdəndir. Qulaqları çox kiçikdır. Ayaq və əlləri cılız və uzundur. Burunları kiçik olmasına baxmayaraq gözləri böyükdür. Qısa və qalın bir quyruğa sahibdirlər.Çox ağır hərəkət edirlər. Günlərinin yarısından çoxunu yataraq keçirərlər. Sümük toxumalarının zəif olmasından çox tez yorulurlar. Bu səbəblə təhlükəli vəziyyətlərdə asanlıqla müdafiəsiz və çarəsiz qalırlar. Dırnaqları çox güclü və uzundur. Hücum anında dırnaqlarından istifadə edərlər.Tənbəl heyvan həm bitki mənşəli, həm də heyvani qidalarla qidalanır. Ağacları çox sevərlər. Yarpaq, tumurcuq, böcək və kiçik canlıların ölülərini yeyərlər. Sürünənlərlə də qidalanırlar. Həzm sistemləri fərqli olduğu üçün yedikləri qidaların həzmi uzun olur və yemək növünə görə bu həzm 25 gündən çox çəkə bilir.Əsasən ağaclarda tərs şəkildə asılı olaraq dururlar. Həyatlarının böyük bir qisimini bu şəkildə dayanaraq, ya da çox ağır şəkildə hərəkət edərək keçirərlər. Bu səbəblə tüklərinin istiqaməti digər məməlilərinkinə bənzəməyərək tərs istiqamətdə çıxmışdır. Tüklərinin tərs şəkildə çıxması bədən istiliyinin qorunmasında, küləkdə və yağış suyundan qorunmasında tənbəl heyvanlara köməkçi olur.Tənbəl heyvan 6 aylıq hamiləlik müddəti sonunda doğurduğu balalarını ümumiyyətlə ağaclarda böyüdər. Doğuşdan sonra balalar 1,5 ay kimi bir müddət analarına sarılaraq yaşayarlar. Ən böyük rəqibləri qartallardır. Özlərini qartallara göstərməsələr, olduqca uzun yaşayarlar. Həyat müddətləri 40 ilə bərabər bu heyvanların yetişkinlerinin bədən uzunluğu 50 ilə 60 sm arasındadır.Bu gün bu heyvan haqında məlumat toplamağım səbəbi axır vaxtı inasanların bu heyvanı ekzotik heyvan kimi evdə saxlamağıdı.Bu heyvanın üzündəki “təbəssümünə”görə bu heyvan onlara daha çox oyuncağı əvəzliyir.Onları qıdığlayıb əyləndiyini düşünürlər hal bu ki onlar onu sevmirlər.Onların dişini dibindən kəsirlər ki dişləməsin.İnsanlar başa düşməlidirlər ki heç bir heyvanı öz mühitindən ayırmaq olmaz,incidmək olmaz.O bir canlı və bizim borcumuz onu qorumaq incitmək yox.Gəlin biz hammımız Heyvan sevənlərə və adi insanlara bölünmüyək, gəlin biz hammımız heyvan sevən olaq. (30 bal). Dibçəkdə 2 gül aldıq. Daha sonra evə aparıb ona düzgün şərait yaradıb suladıq.(10 bal). bu gün 20.01.2018ci il tarixində 4 skalarii balığı aldıq.Və bizim akvariumda hamilə balıq olduğundan balıqlar üçün olan bir evcik aldıq (20 bal). Nəhayət o gün qəldi və bizim hamilə Meçenosets balığın 50dən çox balaları oldu.Bu gün o çox narahat idi.Onun üçün də biz balaca bir akvariuma bir az iliq su yığıb onu o biri balıqlardan ayırdıq.O akvariumun içinə balaca bir yosun qoyduq.Yosun dünyaya qələn balaların qizlənməsi üçündür.Qeyd eliyək ki bütün məlumatları biz internetdən götürmüşük bu haqda İDEA ya məruzə də göndərmişdik.Bunnan əvvəl belə bir hadisəynən heç vaxt rastlaşmamışıq.15.15 də birinci iki balası dünyaya gəldi.Daha sonra 5dənəsi yenə.45 dəqiqə ara oldu və yenə 5 balassı oldu.Saat 20.00a qədər çəkdi bu hadisə və beləliklə 50dən çox bala dünyaya qəldi.Onlardan biri tam inkişaf olunmamış biri isə ölü doğuldu.Sonra biz ana balığı balalardan ayırdıq çünki bu növ balıqlar öz balalarını yeyirlər.İndi balalar özlərini yaxşı hiss edirlər.Biz onlara yem verdik və dincəlmək üçün isti yerdə qoyduq.Çədəkdiyimiz videolarda balıqların necə dünyaya qəldiyini çəkmişik. (50 bal). Mən Qəhrəmanova Züleyxa və mən Qəhrəmanova Sara bu gün maraqlı bir hadisəynən rastlaşdiq.Çöldə gəzdiyimiz vaxt evimiz yaxınlığında yerləşən ağaclığın üstündə çoxlu sayda quşların uçmağını gürdük.Araşdırandan sonra bildik ki bu quşlar qecələr bu ağaclığda gecələməy üçün gəldiklərini bildik.Bununla da bir daha ağaclar bizim həyatımızda necə vacib olduğunu bildik.(20 bal).16.02.2018ci il.Bu gün mən Qəhrəmanova Züleyxa və mən Qəhrəmanova Sara balaca bir eksperiment apardiq.İki Nərgiz gülünü ayrı ayrı stəkanin içinə qoyub bir balaca rəng qatdiq.3-4 saatdan sonra nərgiz gülünün ləçəklərin qırağında çəhrayi rəngə boyandığını müşahide etdik. (20 bal). Salam mən Qəhrəmanova Sara və mən Qəhrəmanova Züleyxa sərgi üçün düzəltdiyimiz balaca bir evcik sizə təqdim eliyirik.İstifadə elədiyimiz materiallar tullantilar-karton,dərman qutulari,kibrit qutulari,skotçdan qalan kardon,lazimsiz saat,alüminium folqa,parça qalıqları,köhnə kitab vərəqləri,onlarda düzəldilmiş balaca kitablar (50 bal). Bacımla getdiyim bir məkandan çəkdiyim kiçik videonu təqdim edirəm. Həftəsonunu heyvanlarla keçirtdim. Bu məkanda uşaqlar üçün heyvanlara kontaktda olmaq üçün çox gozəl şərait yaradılıb. Heyvanlar da, insanlar da özlərini xoşbəxt hiss edirdilər. Mən çox zövq aldim (15 bal). Biz sahibsiz heyvanlari heç vaxt unudmuruq. Hamının evində yeməklər qalır. Biz onlari atmırıq, həyətdəki pişiklərə veririk (25 bal). Bu gün sizə getdiyim bir məkandan çəkdiyim balaca videonu təqdim edirəm.Mən həftə sonunu heyvanlarnan keçirtdim.Bu məkanda uşaqlar üçün heyvanlara kontakda olmaq üçün çox gozəl şərait yaradilmişdi yaradilmişdi.Heyvanlarda insanlarda özləri xoşbəxt hiss edirdilər.Məncə belə məkanlar insanlarnan heyvanlari daha bir birlərinə yaxin edir.Mən çox zövq aldim (25 bal). Biz sahibsiz heyvanlari heç vaxt unudmuruq.Evdə hər gün qalan yeməklər hamini evində olur.Biz onlari həyətdəki pişiklərə veririk. (15 bal).Mən Qəhrəmanova Züleyxa və mən Qəhrəmanova Sara bu gün 4 dibçəkdə toxumlarla gül əkdik.Daha sonra bundan qabaq suya qoyduğumuz və orada kök atmiş bir qizil gülün budağıni əkdik.Sonra onlarini hamisini suladiq. (10 bal).Mən Qəhrəmanova Sara və Mən Qəhrəmanova Züleyxa çox sevinirik ki bizim məktəbdə də qutular var və biz evdə,məktəbdə istifadəyə yararsiz kağızlari artiq ancaq onlarin içinə atiriq.Bizim tanişlar və dostlar artiq bizə müraciyət edirlər və onlarin bizə verdiklərini biz yiğib bura gətiririk.(25 bal).Mən Qəhrəmano Züleyxa Və mən Qəhrəmanova Sara bu gün Qəbələ rayonunda yerləşən Zarağan kəndində olduq və oranin təbiətiynən yaxindan taniş olduq.Bu kənddə Qafqazin qarlı sira dağlarini görmək olur.Dağın birini, oranin camaati Yatmiş gəlin adlandirirlar çünki baxanda sanki yatmiş bir insan görürsən(40 bal).Mən Qəhrəmanova Züleyxa və mən Qəhrəmanova Sara bu gün müşahidə apardiq və bu müşahidənin nəticəsində quşlarin necə yuva qurduğunu gördük.Bir ağacin üstündə 2 quş yuva qururdular.Bir quş yarpaqlar və budağ gətirirdi o birsi quş isə onlarnan yuvani düzəldirdiDigər videda isə başqa bir ağacda iki quşun artiq yuva qurduqlarini gördük.Bir quşun yumurtalarin üstündə oturmuşdu digəri isə ona yemək gətirirdi.Videoda aydin görünür yuvada oturan quşun necə yumartalari altinda düzəltdiyini(20 bal).Mən Qəhrəmanova Züleyxa və mən Qəhrəmanova Sara 24.03.2018 Yer Saatini bu cür qeyd etdik.Biz evdə olan bütün elektrik avadanliqlari söndürüb şam işiğinda 1 saat içində əyləncəli oyunlar oynadiq(20 bal).Mən Qəhrəmanova Züleyxa bu gün məktəbdəki eko ders üçün hazirladığım" Qənc Bələdçi" adli video material təqdim edirəm.(20 bal). Mən Qəhrəmanova Sara həftə sonu 15.04.2018ci il tarixində Zirə Gülçülük Mərkəzini ziyaret etdik.Orada çoxlu sayda güllərnən və bitkilərnən taniş olduq,orada onlarin necə yetişdirdiklərini və hansi şərayətdə saxlandiqlarini gördük.Daha sonra oradan 2 ağac və 15 ədəd dibçəkdə güllər aldiq (40 bal) Mən və bacım bu gün Binədə yerləşən atçılıq mərkəzinə qetdik. Atlar bizim ən sevdiyimiz heyvanlardan biridi və neçə vaxtdi biz onlarin haqqinda daha çox məlumat üçün yollandiq ora. Burada atlar üçün çox gözəl şərait yaradilib. Atlar üçün qəzməyə, çimməyə, otlamağa yerlər var, həkim otağı və atların nallaması və qözəlləşdirilməsi üçün yerlər var. Orada çoxlu növ atlar var: İrlandiya və Ərəb atları, balaca Ponilər amma ən gözəl Qarabağ atları. Orada tez-tez yarışlar da keçirilir və ən çox yarişlarda qalib olan Qarabağ atlari olur. Bura bizim çox xoşumuza gəldi və biz tez tez buraya qəlməyə qərarına gəldik (30 bal).Mən və bacım may ayinda bağımızı alaq otlardan təmizdədik. Daha sonra ağaclara bir az peyin verdik və suladıq. Dibçəklərdə gül toxumu səpib əkdik, suladıq (30 bal).Mən və bacım bu gün bağda iş görəndə bizə bir pişik gəldi. O pişik əvvələr də gəlirdi, amma onun sahibi var idi. Lakin bu dəfə pişik qocaldığına görə biz ona sahib çixdiq. Yedizdirdik ad qoyduq. Artiq bizim də bir pişiyimiz var, daha doğrusu Maks adlı bir dostumuz (100 bal).Mən və bacım bu gün 2 yerdə qaranquş, həmçinin çox gözəl bir kərtənkələ müşahidə etdik (10 bal).Mən və bacım 27.04.2018ci il tarixində ekoloqiya dərsləri üzrə müəlliməmiz Gülnarə Ələsgərova təşəbbüsü ilə sinfimizlə birlikdə Qala ərazisində yerləşən SOCAR-in eko parkini ziyarət etdik. Biz burada bitən bitkilər,ağaclar haqqında yeni məlumatlar əldə etdik. Sinfimizlə birlikdə eko - parkda yerləşən muzey, istixana, akt zalı və s. kimi yerləri gəzdik. Bələdçi bizə buranın necə salındığını, neftdən muzeyində 12,14-cü əsrlərə aid olan saxsı və mis qablar, poçt markaları və Şirvanşahlar dövrünün qədim yazılarını maraqla seyr etdik.Sinfimiz səyahətdən böyük həzz aldı (30 bal)Mən Qəhrəmanova Sara və mən Qəhrəmanova Züleyxa bu yay 11.08.2018ci ildə Göy Gölə qetmişdik.Oranin çox gözəl təbiətiynən tanış olduq.Orada çox gözəl və nadir tapılan güllər və ağaclar gördük.Göldə üzən çöl ördəkləri gördük.Gölün qırağı çox təmiz idi.İnsanlar təmizliyə riyaət edirdilər (30 bal).Mən Qəhrəmanova Sara və mən Qəhrəmanova Züleyxa bu yay Minqəçevir şəhərində olduq.Və orada bu qutalara rast qəlməyimizə sevindik (20 bal).Mən Qəhrəmanova Sara və mən Qəhrəmanova Züleyxa payız fəslini çox sevirik.Onun üçün də biz bu dəfə müşahidə üçün Qəbəlin rus meşəsinə yollandıq.Orada olan boyük ağaclardan sarı yarpaqların yerə töküldüyünü,yağışdan sonra göbələklərin çıxdığını gördük.Meşədə çoxlu sayda cürbəcür göbələkləri gördük.Adlarını bilməsək də onların yeməli olmadığını öyrəndik.Onlarin bəziləri ağacın üstündə bəziləri isə yerdə idilər. Ağ, qəhvəyi,qırmızı,bənövşəyi rəngdə olan göbələklər daha çox idilər (20 bal).15.11.2018 Ümümdünya Təkrar Emal Günündə mən Qəhrəmanova Sara və mən Qəhrəmanova Züleyxa Ətraf Mühit Sərqisini ziyərət etdik.Biz orada çox maraqlı stendlərə rast qəldik .Tezliklə təzə proyektlərnən sizlərnənn paylaşacayıq (30 bal). Qəhrəmanova Sara.Biz yaz fəslini çooooox sevirik.Yazın qəlişi təzəcə ərimiş qarın altından çıxan çiçəklə,çiçəklənmiş ağaclarda,təzəcə yuxudan oyanan böcəklərdə,daha gür axan çaylardan hiss olunurdu. (10 bal). Qəhrəmanova Sara.Biz yenə işlərimiznən qayıtdiq.Hər il olduğu kimi bu ildə biz yazda bağda təmizlik işləriynən və əkinçiliynən məşqul olduq.Biz bağda dibçəklərdə olan artıq otları təmizlədik və təzə toxumlar əkdik,suladıq (10 bal).