Qalereya
Eko-skaut
- Adı/soyadı: Banu Əlili
- Statusu: Gənc ekoloq
- Ümumi topladığı bal: 75
- Kluba üzv olma tarixi: 2017-07-17
- Yaşı: 13
- Məşğuliyyəti: 203 nömrəli məktəbin 7-ci sinif şagirdi
- Gördüyü işlərlə bağlı qeydlər: Mən Banu Əlili, eko-skaut kimi ilk işim olaraq bir neçə dibçək gülünü suladım və sahibsiz pişiklərə bir qədər yemək verdim (35 bal). Mən bu yay Quba və Qusar rayonlarını ziyarət etdim. Qubanın zəngin təbiəti ilə tanış oldum. Bu mənim Quba rayonu haqqında məqaləmdir: Quba Azərbaycanın ən gözəl rayonlarından biridir. Quba bir çox xüsusiyyətlərinə görə fərqlənir. Məsələn, dünyanın ən yüksək yaşayış məntəqələrindən biri olan Xınalıq kəndi Qubadadır. Hər il Şahdağa çox sayda turist gedir. Quba şəhəri Azərbaycanın son zamanlar turizm iqtisadiyyatının ən çox inkişaf etdiyi şəhərlərdəndir (20 bal). Qusar rayonu da çox gözəldir. Qusar təbiətin qoynunda yerləşir. Qusarda hər yerdə çoxlu ağaclar, çiçəklər var. Mən qaldığımız evin həyətindəki çiçəkləri və ağacları suladım. Onlar çox gözəl idi. Mən Çənlibel gölünə, Əmsar kəndinə də getdim. Bir sözlə, Quba və Qusarı çox sevdim(20).