Göyçay rayonu 5 noyabr 2014-cü il tarixindən start verilən I Ümumrespublika Yaşıllaşdırma Marafonuna qoşulmuşdur.
Ərazisi: 755,3 kv.km
Əhalisi: 112,4 min nəfər
Mərkəzi: Göyçay şəhəri
13 noyabr tarixində Göyçay Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə I “Ümumrespublika yaşıllaşdırma” marafonu çərçivəsində keçirilən ağacəkmə aksiyası zamanı şəhərin şəhidlər xiyabanında yaşıllaşdırma və abadlaşdırma idarəsinin işçilərinin, Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinin tələbələrinin, şəhərin ayrı-ayrı müəssisə və təşkilatlarının iştirakı ilə 800-ə yaxın küknar, eldar şamı, çinar və müxtəlif meyvə ağacları əkilmiş, parkda olan ağaclara qulluq edilmişdir. Bütövlükdə noyabr ayının 1-dən rayon ərazisində 5000-dən artıq ağac əkilmişdir.
18 noyabr tarixində Göyçay Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə I “Ümumrespublika yaşıllaşdırma” marafonu çərçivəsində keçirilən ağacəkmə aksiyası zamanı Alxasava, Çaxırlı və İnçə kəndlərində 650-ə yaxın küknar, eldar şamı, çinar və müxtəlif meyvə ağacları əkilmişdir.
19-23 noyabr tarixində Göyçay Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə I “Ümumrespublika yaşıllaşdırma” marafonu çərçivəsində keçirilən ağacəkmə aksiyası zamanı rayonun Ərəbcəbirli, Yalman, Qızılağac kəndlərində, Ə.Kərim adına parkda və kənd yaşayış məntəqələrində 5600-dən artıq küknar, eldar şamı, çinar və müxtəlif meyvə ağacları əkilmişdir.
11-18 mart 2015-ci il tarixlərdə “Yaşıl Marafon” çərçivəsində Göyçay rayonunda Ə.Kərim adına parkda, Heydər Əliyev prospektində və kənd yaşayış məntəqələrində 6500 ədəd küknar, kiparis, eldar şamı, çinar və müxtəlif meyvə ağacları əkilmişdir.