Qraffiti əsəri 2012-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri xanım Leyla Əliyevanın təşəbbüsü ilə start verilmiş "Qafqazın böyük beşliyi"-ə daxil olan heyvanları və onların qorunmasının vacibliyini özündə əks etdirir.
"Qafqazın böyük beşliyi" layihəsi Azərbaycan ərazisində məskunlaşan və nəsli kəsilmək təhlükəsi ilə qarşılaşan heyvan növlərinin - qonur ayı, imperator qartalı, boz canavar, ceyran və Qafqaz bəbirin mühafizəsini nəzərdə tutur.
Yerüstü qraffiti əsəri İngiltərədən dəvət olunmuş qraffitistlər – Eduard Şiron, Ceyms Titçner və Culiyan Fetin tərəfindən 3D formatında 5 gün ərzində işlənmişdir.